Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıtda Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medallar onların ailələrinə təqdim olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, mükafatların təqdimetmə mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Vətən müharibəsi ərazilərimizin azad edilməsi, işğalın sona çatması, 30 ilə yaxın davam edən münaqişənin həlli ilə nəticələnib.
Vurğulandı ki, bu Qələbəni cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, canı-qanı bahasına əldə etdik. Bu qələbədə xidməti olmuş hər bir hərbi qulluqçumuz xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı" adları, müxtəlif orden və medallarla təltif olunurlar.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, "Qarabağ" ordenli şəhidimiz Taleh Kərimovun, Kapitan Fərrux Həşimovun, gizir Şəhriyar Quliyevin, miçman Ruslan Rəcəbovun, Zaur Ələsgərlinin təltifləri ailələrinə təqdim edib.
Təltifləri qəbul edən şəhid ailələri hərbçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
XƏBƏR LENTİ
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
“Royad Məmmədov” gəmisi vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)





