Cəmiyyət

Tələbə kreditinin şərtləri açıqlandı - VİDEO

23 İyun 2021 12:04
0 Şərh     Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məbləğ birbaşa tələbəyə deyil, ali təhsil müəssisələrinə ödənəcək

Milli.Az Real TV-ə istinadən bildirir ki, təhsil haqqını ödəməkdə problemlər yaşayan tələbə və abituriyentlərə dəstək məqsədilə yaradılan Təhsil Tələbə Krediti Fondundan yalnız ölkə daxilində oxuyan şəxslər yararlana biləcəklər.

Belə ki, sözügedən kreditlərin 2 qrupa bölünməsi nəzərdə tutulub. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq.

Tələbə kreditləri həm əyani təhsil alanlara, həm də qiyabi şəkildə oxuyanlara şamil olunacaq. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə ödəniləcək ki, bu da həmin kreditin kommersiya məqsədi daşımadığını göstərir. Kreditlərin verilməsi meyarlarına gəldikdə isə...

Standart kreditlərdən yararlanmaq istəyən tələbələr üçün müəyyənləşdirilən qaydalardan danışan nazirliyin nümayəndəsi bildirdi ki, ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi əsas şərtlərdəndir.

Qeyd edək ki, növbəti tədris ilindən etibarən tələbələr bu kreditlərdən yararlana biləcəklər. Onu da xatırladaq ki, yüksək peşə təhsili alan tələbələrə də kreditlərin verilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.