Cəmiyyət

Bakıda qəzalı vəziyyətdə olan məktəblər söküləcək - VİDEO

22 İyun 2021 11:54
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qəzalı vəziyyətdə olan iki məktəbin korpusu söküləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov "Xəzər Xəbər"ə bildirib ki, artıq idarənin tabeliyində olan Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivində 3 məktəbin tikintisi yekunlaşıb.

Paytaxt ərazisində əsaslı şəkildə təmir olanacaq daha bir təhsil müəssisəsi isə Şəhid Allahverdi Xəlilovun adını daşıyan 1600 nəfərə yaxın şagirdin təhsil aldığı məktəbdir.

Əsaslı şəkildə təmir olunacaq məktəblərdə işlərin yeni tədris ilinə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən o da bildirilib ki, Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində 4 yeni məktəbin tikintisi davam etdirilir.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.