Yusifcanlı qəbiristanlığında erməni səngərinin ayırdığı bacı məzarları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçirib, tarix, mədəniyyət və dini abidələri, qəbiristanlıqları dağıdıb və təhqir edib. Onlar üçün dini-mənəvi dəyər deyilən anlayış yoxdur. Bunu ermənilərin işğal etdikləri Azərbaycan ərazisindəki qəbiristanlıqda qazdıqları səngərlə iki bacının qəbrini bir-birindən necə barbarcasına ayırdıqlarını əks etdirən foto bir daha təsdiqləyir.
Son günlər sosial şəbəkələrdə yayılan fotolar Ağdam rayonunun Yusifcanlı kənd qəbiristanlığında çəkilib. Ermənistan silahlı bölmələri 1994-cü ildə işğal edərək dağıtdıqları kəndin qəbiristanlığında səngərlər qazıb, minalar basdırıblar. Nəticədə məzarların bir qismi dağıdılıb, səngərlər Səringül və Təyarə bacılarının yanaşı məzarlarını bir-birindən ayırıb.
Milli.Az bildirir ki, Səringül və Təyarənin kiçik bacısı Güluzə Qəhrəmanova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib ki, qəbiristanlıqda iki deyil, dörd bacısı və anası yanaşı dəfn edilib: "Atam İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedəndə ailəmizdə beş qız övladı vardı. O, müharibədə olarkən bacılarımdan dördü xəstələnərək dünyasını dəyişib və kəndimizin qəbiristanlığında yan-yana basdırılıb. 1993-cü ildə dünyasını dəyişən anamı da həmin qəbiristanlıqda dəfn etdik. Sonra kəndimiz işğal edildi, məcburi köçkün düşdük. O vaxtdan məzarları ziyarət edə bilmirik. Bu günlərdə internetdə bacılarımın məzarlarının şəklini gördük, ürəyimiz ağrıdı. Şəkildə bacılarımın üçünün məzarı görünür. Əslində isə orada dörd bacımın məzarı olub, qəbirlərdən birini ermənilər səngər qazarkən dağıdıblar. Artıq kəndimiz işğaldan azad edilib. Ancaq xain düşmən kəndi də, qəbiristanlığı da minaladığından hələ gedə bilməmişik. İnşallah, tezliklə kəndimizə qayıdar, doğmalarımızın məzarlarını ziyarət edərik".
Hazırda təkcə Güluzə xanım deyil, doğmalarının məzarlarını ziyarət edə bilməyən on minlərlə soydaşımız bu arzu ilə, bu inamla yaşayır. Çox keçməz ki, ermənilərin viran qoyduğu yurd yerlərimiz, o cümlədən Yusifcanlı kəndi yenidən qurular. Müharibənin izləri silindikcə bu kəndin qəbiristanlığındakı düşmən səngəri də doldurulacaq, 27 il bir-birindən ayrı salınmış bacıların nigaran ruhları da rahatlıq tapacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
XƏBƏR LENTİ
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır





