Cəmiyyət

Koronavirusla bağlı ŞAD XƏBƏR: Bir-iki həftəyə...

28 Aprel 2021 23:39
Baxış: 3 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tezliklə koronavirusun bu dalğası sönəcək. Mənim fikrimcə ən uzağı 1-2 həftəyə biz bunu müşahidə edəcəyik.

Milli.Az bildirir ki, bu fikirləri bizimyol.infoya həkim deputat Rəşad Mahmudov səsləndirib.

O bldirib ki, səbəb görülən profilaktiki tədbirlərlə yanaşı, ümumiyyətlə bütün dalğaların seyretmə ardıcıllığıdır.

"Rəqəmlər azaldıqca, xəstəxanalarda doluluq səviyyəsi aşağı düşdükcə biz yumşalmalara gedə biləcəyik. Deyim ki, Türkiyə ilə demək olar ki eyni şəkildə irəliləməyimizə baxmayaraq biz son dalğa qarşısında ordakı kimi sərt qapanmalara getmədik. Ümidvaram ki, yayın gəlməsi, dəniz mövsümünün başlanması ilə, həm də rəqəmələr bu şəkildə aşağı düşdükcə hökumət də müvafiq addımlar atacaq. Lakin dünyada ÜST tərəfindən elan edilmiş pandemiya təhlükəsi aradan qalxmayana qədər biz yenə ehtiyatlı olmalıyıq. Çünki gördük, bu virus birdən-birə milyonlarla insanı sürətlə əhatə etməyi bacardı. Gəldiyimiz yerə başa dönməmək üçün vaksinsiyada aktiv iştirak etməli, özümüzü və yaxınlarımızı qorumalı, gigiyenik tədbirlərdən əl çəkməməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.