Cəmiyyət

Bakı restoranlarında iftar süfrəsinin qiymətləri - VİDEO

17 Aprel 2021 12:14
Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs Ramazan ayının artıq 3-cü gününü yaşayırıq. Oruc tutan vətəndaşlar imsaq və iftar yeməklərini evlərində yedikləri kimi, bəzi hallarda restoranlara da üz tuturlar. Restoranlar da bu tələbatı nəzərə alaraq, onlar üçün xüsusi menyular hazırlayıblar. Bəs qiymətlər necədir və bu qiymətlərə nələr daxildir? 

11 ayın sultanı müqəddəs Ramazan ayına restoranlar da xüsusi şəkildə hazırlaşıb. Paytaxt Bakıda fəaliyyət göstərən bir çox restoran oruc tutanlar üçün xüsusi iftar menyuları təklif edir.

İftar süfrələri pandemiya şəraitinə uyğun, məhdud müştəri sayı ilə təşkil olunur. Ara məsafəsi gözlənməklə bir masada maksimum 6 nəfərin oturmasına icazə verilir.

Milli.Az xəbər verir ki, "xezerxeber"ə danışan restoran sahibi Mahir Zeynalovun sözlərinə görə, tələb əvvəlki illər səviyyəsində olmasa da, oruclarını restoranlarda açanlar var.

Çəkiliş apardığımız bu restoranda isə iki nəfərlik 4 müxtəlif menyu təklif edilir. 

Başqa bir restoranda isə adambaşı menyu qiymətləri 15-30 manat arasında dəyişir.

Bəzi restoranlar xüsusi imsak menyuları da hazırlayıb. Burada isə iki nəfərlik imsak süfrəsinin qiyməti 16 və 20 manata təklif edilir. Qiymətlər süfrədə olan yeməklərin çeşidlərinin sayına görə dəyişir.

Ramazan.Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.