Cəmiyyət

İmişlidə karantin rejimini pozan “Bəy hamamı” nda 8 nəfər cərimələndi

9 Aprel 2021 11:07
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki "Bəy hamamı"nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.