Cəmiyyət

"Qanunvericiliyə əməl etməyən sahibkarlar brədə daha sərt tədbirlər görüləcək" - Agentlik sədri

9 Mart 2021 16:46
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədən sənayesində fəaliyyət göstərən sahibkarlardan xahiş edirəm ki, onlar öz fəaliyyətlərini dövlətin müəyyən etdiyi qanunvericiliyə uyğun qursunlar və nöqsanlara yol verməsinlər. Amma çox təəssüf ki, bu gün aparılan tədbirlərə baxmayaraq, sahibkarlar tərəfindən hələ də qanunvericiliyə əməl edilmir və qanunvericilikdən kənar fəaliyyətə yol verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" proqramında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar agentlik tərəfindən çox ciddi addımlar atılacaq. Qanunvericliyə əməl etməyən sahibkarlar haqqında daha sərt tədbirlər görüləcək: "Bizim əsas məqsədimiz dağ-mədən sənayesi üzrə ən yaxşı təcrübəni ölkımizə gətirmək və bu məsələ ilə bağlı sahibkarlarla dialoqa girməkdir. Ona görə də bu sahədə qarşılıqlı əməkdaşlıq etmək vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.