Cəmiyyət

Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub

9 Mart 2021 14:07
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günə qədər Naftalan şəhərində 1000-dən artıq şəxs vaksinasiya prosesindən keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Naftalan şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, tibb işçilərinin ikinci doza vaksinasiya prosesi də artıq yekunlaşıb:

"Vaksinasiya üçün gətirilən 1120 peyvənddən artıq 1000-dən çoxu istifadə olunub. Hazırda 65 və 50 yaşdan yuxarı şəxslərin vaksinasiyası apraılır. Bunun üçün xəstəxanada 2 peyvənd otağı ayrılıb. Bu günə kimi vaksinasiyadan keçən şəxslərin heç birində mənfi təsir müşahidə olunmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.