"Bu sahəni seçmişəmsə, çətinliklərinə də dözməliyəm" - mühafizəçi qadın - REPORTAJ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peşələr müxtəlif olduğu kimi, insanların da bu peşələrə münasibətləri müxtəlifdir. Bəzən "kişi peşəsi, qadın peşəsi" deyə fikirlərə rast gəlirik. Lakin hər kəsin bərabər olduğu cəmiyyətimizdə kişi və ya qadın peşəsi deyilən fikirləri alt-üst edən insanlar da az deyil.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üç oğul anası olan Elnarə Əlizadə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyib. Daha sonra elə bu xəstəxanada mühafizəçi işləmək qərarına gəlib. Ona dəfələrlə bu işin kişi peşəsi olduğunu, bacarmayacağını deyiblər. Amma o, bu fikirlə razılaşmayıb və işini sevir. Baxmayaraq ki, bu sahədə cəmi iki aydır işləyir, qısa müddətdə məsuliyyəti və vəzifəsinin öhdəsindən layiqincə gəlməsi ilə seçilib.
Elnarə ilk günlərdə çətinlik çəksə də, sonradan işlərinin qaydasına düşdüyünü deyir: "Xəstəxanaya gələnlərin hərarətlərini ölçür və onları həkimə yönəldirəm. Əsasən də tibbi maskadan istifadəyə diqqət yetirirəm. Bəzən mübahisə də yaranır. Amma çalışıram ki, insanlar məmnun qalsınlar. Bu sahəni seçmişəmsə, çətinliklərinə də dözməliyəm".
Onun sözlərinə görə, bəzən emosional insanlarla da qarşılaşır. Hər dəfə də onları sakitləşdirərək, qısa vaxtda işləri qaydasına sala bilib.
Xəstəxanaya gələn insanlar arasında onu mühafizəçi formasında görüb təəccüblənənlər də çox olur. "Elə olur ki, qadınlar da yaxınlaşıb formanın çox yaraşdığını deyirlər. Hətta kişilərdən də fikirlərini bildirənlər olub. Məsələn, elə bu yaxınlarda bir kişi dedi ki, "mən də mühafizədəyəm, amma bu iş sizə daha çox yaraşır", - deyə o əlavə edib.
Həftədə altı gün işdə olduğunu deyən Elnarə işə getməzdən öncə səhərlər övladlarını məktəbə hazırlaşdırır, dərsləri ilə maraqlanır. Sonra formasını geyinib işə tələsir. Hamıdan qabaq öz işinin başında olur, hər kəsdən də sonra çıxır. Onu tanıyan, onunla birgə işləyən iş yoldaşları da Elnarənin işinə məsuliyyətlə yanaşdığını deyirlər. "Elnarə xanım işinin öhdəsindən çox gözəl gəlir. Vətəndaşlarla yaxşı rəftar edir. Xəstəxanada çalışanlar da onun işini bəyənirlər", - deyə xəstəxanada nəzarətçi vəzifəsində çalışan Tükəzban Alməmmədova bildirir.
Xəstəxanada vətəndaşların xidmətində durmaq nə qədər çətin olsa da, o, zərif cinsin nümayəndəsi kimi mühafizəçi işinin öhdəsindən gələ bilir. Bir sözlə, xanımlar "kişi işidir" deyilən peşələrdə, heç də kişilərdən geri qalmırlar. Elnarə Əlizadə isə onlardan yalnız biridir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
XƏBƏR LENTİ
-
Arda Gülerin fiziki dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb





