Cəmiyyət

Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu

2 Mart 2021 15:56
Baxış: 2 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşa şəhər polis şöbəsinə yeni təyinat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə, Goranboy Rayon Polis Şöbəsində əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov tutduğu vəzifədən azad edilərək Şuşa Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzani Əsgərov Şuşa Şəhər Polis Şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.