Cəmiyyət

Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlandı

1 Mart 2021 10:49
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu il sosial sahə üzrə icrası prioritet sayılan istiqamətləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Babayev deyib ki, bu il məşğulluq sahəsində böyük addımların atılması gözlənilir. Bu il 16 min ailədə özünüməşğulluq tədbirləri həyata keçiriləcək:

"Bu il mənzil təminatı yalnız şəhid ailələri və müharibə əlillərini əhatə etməyəcək, valideyn himayəsindən məhrum olmuş internat məzunlarını, gözdən əlil şəxsləri və digər şəxsləri də əhatə edəcək. Bu il əmək münasibətinin tənzimlənməsi üçün islahatlar davam etdiriləcək, əmək müqavilərinin sayı artırılacaq. Bu il eyni zamanda əməkhaqqı fondunun artırılması üçün stimullaşdırıcı tədbirlər görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.