Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın ümumi təhsil müəssisələrində fevralın 19-na olan məlumata əsasən əyani formada dərslərə davamiyyət 85 faizə yaxındır.
Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İsdarəsindən (BŞTİ) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub. Paytaxtdakı təhsil müəssisələrində hazırda 410 000-dən çox şagird əyani dərslərdə iştiraka cəb olunub. Təbii ki, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədris təmin olunur.
Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar:
"Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi





