Cəmiyyət

DİN-dən “Narkotik vasitələrə yox de!” videoçarxı

15 Fevral 2021 21:25
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi "Narkotik vasitələrə yox de!" şüarı altında növbəti videoçarx yayımlayıb.

DİN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda qeyd edilir ki, müasir dünyanı narahat edən əsas problemlərdən biri də narkomaniyadır.

Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə sonlanır. Bu  səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər  təhlükəli  olduğunu nümayiş etdirməlidir.

Sadalanan amillər nəzərə alınaraq Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti narkotik vasitələrin insanların  həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.