Cəmiyyət

Sadiq Gözəlov vəzifəsindən azad edildi

15 Fevral 2021 09:49
Baxış: 2 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. Bu yaxınlarda isə Bakı polisinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev nazirliyin mətbuat xidmətinin şöbə rəisi vəzifəsinə gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.