Cəmiyyət

Badamdar sürüşmə sahəsində son vəziyyət açıqlanıb

2 Fevral 2021 17:27
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Badamdarda sürüşmə olan zonada prosesin dinamikası zəifləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, hazırda hadisə baş verən yerdə qurumun mütəxəssisləri işləyirlər:

"Mütəxəssislərimiz tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Təbii ki, vizual müşahidələr günün işıqlı vaxtında aparıldıqda prosesin dinamikasında zəifləmə qeyd edilsə də, tam qərarlaşma mövcud deyil. Bu işdə bir az zamana ehtiyac var, belə ki, son günlərin yağışları, yamacda qismən çuxurların kolloidləşməsinə şərait yaradıb. Eyni zamanda, mərkəzi çuxur kütləsinin axması zamanı onun sağ və sol cinahlarında qismən asılı çuxur kütlələri yaranıb ki, onların da nəmişlik dərəcisindən asılı olaraq dayanıqlılığı itmiş sayılır".

Ə.Əliyev qeyd edib ki, hazırda proseslərin yekunlaşmasını gözləyirlər:

"Proseslər yekunlaşdıqdan sonra orada bərpa işlərinə başlanılacaq. Eyni zamanda, bərkitmə işləri, yamac boyu çıxan su mənbələrinin ləğv edilməsi və digər tədbirlərin icra edilməsi həyata keçiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.