Cəmiyyət

"Azəriqaz": Sabah saat 10:00-dan...

1 Fevral 2021 20:33
Baxış: 3 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 2-də Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a bildirilib ki, fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 millimetr olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan etibarən Binəqədi rayonunun "Vulkan", "1 may" yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.