"Fevraldan dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur" - Komissiya sədri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin fevral ayının 1-dən dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev deyib.
Ölkə üzrə 3 il müddətində fəaliyyət göstərəcək 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurasının, bundan başqa, 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurasının yaradıldığını və həmin dissertasiya şuralarının işinə ümumilikdə 1798 yüksəkixtisaslı mütəxəssisin, o cümlədən AMEA-nın 48 həqiqi üzvü və 62 müxbir üzvünün cəlb edildiyini vurğulayan Komissiya sədri "Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və həyata keçirilməsinə dair Tələblər" haqqında ətraflı məlumat verib.
Bildirib ki, bu tələblər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanıb. Onun sözlərinə görə, xüsusi karantin rejimində dissertasiya müdafiələri bu tələblərə riayət olunmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş "Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat"la nəzərdə tutulan müddəalar əsasında həyata keçiriləcək.
Famil Mustafayev bildirib ki, müdafiələr dissertasiya şurası üzvlərinin və digər şəxslərin müdafiənin keçiriləcəyi zalda qismən əyani iştirakı (yaşı 65-dən yuxarı olmamaqla), eyni zamanda distant qoşulmaları təmin olunmaqla təşkil ediləcək.
Qeyd edək ki, müdafiə zamanı müzakirələr elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dəstəklədiyi müvafiq elektron platformaların tətbiqi ilə (Microsoft Teams, Zoom Meetings, Google Meet və s.) keçirilməli və müdafiənin videoyazısı aparılmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü





