İnsanlar peyvəndləndikdən sonra da özlərini qorumalıdırmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, bunun əsasında isə bir neçə vacib elmi izahlar durur ki, bunları bilmək hər kəs üçün önəmlidir:
"Məsələn, 16 yaşdan aşağı insanlara peyvəndin vurulmaması nəticəsində bu yaş qrupları arasında virusa yoluxmalar ola bilər və biz elm adamları artıq bu yaş qrupunda olan insanların virusu böyüklər kimi yaymaq qabiliyyəti olduğunu da bilirik. Nəticədə isə peyvəndləmə ilə yanaşı virusa yoluxmaların qarşısını almaq üçün bu cür yaş qruplarına qarşı xüsusi nəzarət olmalıdır.
Mütləq olaraq peyvənd alan və olmayanlara fərq qoyulmadan onlara virusa qarşı tətbiq edilən qayda və qanunlara riayət etməyin vacibliyi bildirilməlidir. Digər vacib amil isə virusa yoluxub sağalan şəxslərə nəzarətdir ki, onlara da özlərinin virusun mutasiyaya uğramağa səbəb olmaları deyilməli və bundan əlavə bunun da birbaşa yoluxmaların çoxalmasına gətirib çıxarması problemi izah edilməlidir.
Beləliklə bir daha təkrar edirəm ki, yuxarıdakı və digər elmi əsaslı fikirlərə görə də insanlar hətta peyvəndləndikdən sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər".
Onun fikrincə, bundan başqa insanlarımız bilməlidir ki, indiki zamanda tətbiqinə başlanan peyvəndlərin böyük əksəriyyəti birinci nəsil peyvəndlərdir və məqsədi ölüm saylarını azaltmaq və ağır kliniki gedişlərin qarşısını almaqdır:
"Hazırda vaksinasiya zamanı istifadə olunacaq peyvəndlərin böyük qismi birinci nəsil peyvəndlərdir. Birmənalı olaraq hər kəs bilməlidir ki, birinci nəsil peyvəndlərin əsas məqsədi ölüm saylarının və ağır kliniki gedişlərin qarşısını almaqdan ibarətdir ki, bununla da səhiyyə sistemlərində olan yüklənmələrə dəstək oluna bilər. Bu tip peyvəndlərin tətbiqindən sonra yenidən yoluxma baş verərsə, bu çox zəif və ya hiss edilməyən simptomlarla özünü biruzə verməlidir. Bütün bunları qısa da olsa nəzərə alıb demək olar ki, vaksinasiya hələ davam edən pandemiya ilə mübarizənin sadəcə olaraq bir hissəsinə aiddir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat





