Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əmrah Əliyevin ikinci övladı dünyaya gəlib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Əmrah Əliyevin ikinci övladı oğlandır. Bir yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adını şəhidimiz özü vəsiyyət edib.
Balaca Rüfət yeni ilin ilk günündə 3 kq 800 q ağırlığında dünyaya gəlib. Ana və övladın sağlamlığı qaydasındadır.
Şəhidimizin həyat yoldaşı Leyla Əliyeva övladının gələcəkdə atası kimi qəhrəman hərbçi olmasını istəyir.
Mövzu ilə bağli daha ətrafli videomaterialı təqdim edirik:
Milli.Az