Teatrdan qovuldu, heç vaxt evlənmədi, ruhi dispanserdə yatdı: Səməndər Rzayevin intihar edən aktyor oğlu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az kulis.az-a istinadən bir neçə gün öncə intihar edərək həyatını itirən aktyor, əməkdar artist Rəşid Səməndər haqqında maraqlı faktları təqdim edir.
Rzayev Rəşid Səməndər oğlu 5 mart 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb.
***
Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən Rəşid teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, N. Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B. Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H. Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A. Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi rollar ifa edib.
Rəşid Səməndər ömrünün sonuna qədər ailə həyatı qurmayıb. O, həm də böyük sənətkar Səməndər Rzayevin oğlu, teatrşünas, jurnalist Rübabə Səməndərin qardaşıdır. Rəşid 2006-cı ildə Əməkdar artisti fəxri adına layiq görülüb.
***
2013-cü ildən başlayaraq aktyorun teatrdakı işləri qaydasında getməyib, onun adı teatrdakı qalmaqallarda hallanıb və Rəşid işdən uzaqlaşdırılıb. O, bununla bağlı mətbuata açıqlamasında deyib: "İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul üçün, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq. Guya, mən idarə olunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nələr. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "g" bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər, məcəllədə belə bir bənd yoxdur".
Mətbuatda yayılan xəbərlərə görə Rəşid Səməndər bir müddət ruhi dispanserdə yatıb. O, buna görə Akademik Milli Dram Teatrında olan işindən də çıxmaq məcburiyyətində qalıb.
***
Rəşid sonradan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına aktyor kimi fəaliyyət göstərmək üçün müraciət edib və işə düzəlib. Xalid Hüseyninin "Min möhtəşəm günəş" əsəri əsasında hazırlanan tamaşada Rəşid obrazını oynayıb.
***
O, eyni zamanda AzTV-də "Bulaq" verilişinin aparıcısı olub, uzun illər bu verilişdə gedən mətnləri səsləndirib. Xatırladaq ki, onun atası Səməndər Rzayev də "Bulaq"ın ən tanınmış aparıcısı idi.
Sonralar bir neçə dəfə yenidən Akademik Dram Teatrına bərpa olmaq istəyən aktyor buna nail ola bilməyib. Teatrın direktoru Azər Paşa Nemət onun səhhətində və psixikasında ciddi problemlər olmasını əsas gətirərək Rəşidi işə götürməyib. Rəşid bu barədə son müsahibələrinin birində deyir: "Teatrın baş rejissoru və bədii-rəhbəri Azər Paşa Nemətə müraciət etmişdim. Ondan xahiş etdim ki, mənə iş versin. O, teatrda boş yerin olmadığını dedi. Heç nə demədim, çıxıb getdim. Sonra eşitdim, deyib ki, Rəşid xəstədir, ona görə də işə götürə bilmərəm. Bir sözlə, məni teatra qəbul etmədilər".
***
Xalq artisti Ramiz Novruz mətbuata açıqlamasında Rəşid Səməndəri qoruya bilməməsi üçün özünü bağışlamayacağını deyir: "Rəşid Səməndər məşqlərin birində teatrın aktrisalarından biri ilə böyük dava salıb. Əsəbiləşib, aktrisaya ağzından çıxanı deyib. Küçə söyüşləri söyüb. Teatrda da bundan qorxdular. Dedilər, birdən onun əlindən xəta çıxar, nəsə edər. Onun teatrdan çıxarılması buna görə oldu. O, aktyor kimi çox talantlıdır. Nə Nurəddin Mehdixanlı, nə də mən onun oynadığı rolları oynayası deyilik, aramızda yaş fərqi var. O, mənə teatrın Fəzlullah Nəimisi deyirdi. Münasibətimiz də yaxşı idi. Çox təəssüf edirəm ki, mən onu qoruya bilmədim. Bəlkə də həmin vaxt orada olsaydım teatrdan çıxarılmasına mane olardım. Yenə deyirəm, Rəşid çox talantlı aktyordur".
Bacısı Rübabə Səmndər qardaşı haqqında deyir: "Qardaşım faktura baxımından atama çox az oxşayır. Atama daha çox mən bənzəyirəm. Həm xasiyyətcə, həm də zahirən. Amma səsi onun səsinə çox bənzəyirdi. İstedadlı da insan idi. Onun həyatında müəyyən sarsıntılar oldu ki, görünür, bu onun sənət həyatına mane oldu. Həm də sənət mühiti çox çətin mühitdir. Orda hər adam baş çıxara bilmir. Bunun üçün gərək bir az möhkəm adam olasan. Təkcə istedad bəs eləmir".
***
Rəşid Səməndər 20 noyabr 2020-ci ildə Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edib.
***
Onun intiharından sonra tanınmış teatrşünas-tənqidçi Anar Bürcəliyev deyib: "Rəşid sakit təbiətli bir insan idi. Son illər ona qarşı çox haqsızlıqlar oldu. Sənətdə heç bir iz qoya bilməyənlərin oyununa düşmüşdü. Sonu da intihar oldu. Yaşadığı binadan özünü atdı. Bu xəbər məni çox sarsıtdı".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi





