Cəmiyyət

Paytaxtda mövsümi ağacəkmələr aparılır - FOTO

23 Noyabr 2020 18:59
Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Milli.Az-a verilən məlumata əsasən, görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən hazırlanmış şəhərin yeni yaşıllıq planı əsasında aparılır.

Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Gün ərzində Birliyin əməkdaşları tərəfindən müxtəlif tikinti və məişət tullantılarından təmizlənmiş sahələrdə, magistral yol kənarlarında 500 ədəd yeni ağac əkilmiş, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilmişdir.

Mövsüm ərzində Bakı şəhərində 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına imkan verəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.