Ağdamda torpağı qucaqlayıb doyunca öpəcəm, sonra "Qababağ şikəstəsi"ni oxuyacam - Mansum İbrahimov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdama daxil olanda ilk olaraq torpağı qucaqlayıb doyunca öpəcəm. Ondan sonra "Qababağ şikəstəsi"ni oxuyacam. 30 il bu mahnını həsrətlə oxuyaraq haray çəkmişik. Bu dəfə isə bunu sevincdən oxuyacağıq, xalqı sevincə səsləyəcəyik.
Milli.Az bildirir ki, bunu Trend-ə xanəndə, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimov deyib.
Onun sözlərinə görə, 30 ildir ki, Ağdamın işğaldan azad edilməsi həsrəti ilə yaşayıblar, bu günü gözləyiblər:
"Azərbaycan ordusunun ağdama girməsindən nə böyük hiss ola bilər ki! Çox şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi və xalqımıza elə böyük sevinc bəxş etdi ki, bundan böyük sevinc ola bilməz. Təbii ki, şəhidlərimiz də var. Bizim ailədə də iki şəhid var. Qardaşım oğlu Vətən yolunda şəhid oldu. 7 qardaşımın 3-ü I Qarabağ müharibəsi qazisi, ikisi Qarabağ əlilidir. Şəhid olan qardaşım oğlunun atası, mənim qardaşım da Füzulidə səngərdə döyüşüb".
M.İbrahimov Azərbaycan xalqının bundan sonra işğal günlərini deyil, işğaldan azad edilmə günlərini qeyd edəcəyini söyləyib:
"Xalqımız da işğal günlərini qeyd etməkdən bezmişdi. Hər ay hansısa işğal, faciə günü qeyd edirdik. Bu günləri nə qədər yad edəcəkdik?! Biz bu günlərdən artıq azad olduq. Bundan sonra biz işğaldan azad olma günlərini bayram kimi qeyd edəcəyik. 20 mindən çox şəhid vermişdik, amma torpaqlarımız da işğal edilmişdi. O zaman bizim indiki kimi gücümüz, bu qədər mütəşəkkil ordumuz yox idi. Bu gün bizim dünyada tanınan, seçilən bir liderimiz var. Sözün əsl mənasında igid olan oğullarımız var ki, onlar torpaqlarımızın azad edilməsi üçün igidlik göstərdilər. Bu torpaqları biz o igid oğullarımızın hesabına qaytardıq. O igidlərimiz hər postda vuruşa-vuruşa torpaqları geri aldı. Qarabağda bütün bölgələrimizdən olan oğullarımızın qanı töküldü. Ona görə də Qarabağ bizim xalq üçün müqəddəs bir məkana çevrildi. Ən əsası odur ki, Qarabağ bütün xalqımızı bir yumruq kimi birləşdirdi. Hər bir Azərbaycan vətəndaşı öz sahəsi üzrə Ali Baş Komandanın ətrafında bir əsgər oldu. Ona görə də biz Qarabağı düşməndən geri ala bildik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq





