Yüz minlərlə insan təhlükədə: Bu kranlar hər an başımıza aşa bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhərin müxtəlif yerlərində, xüsusən də tikinti gedən ərazilərdə iri həcmli qaldırıcı kranlar var. Və bu kranların altından hər gün yüzlərlə, minlərlə insan keçir. Hər keçən insanın içində bir qorxu olur və sual yaranır ki, bu kranlar aşa bilərmi?
Milli.Az bildirir ki, ARB TV-də yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.
Bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonundakı tikintilərdən birində aşan kran yaxınlıqdakı avtomobillərə və binaya ziyan vurdu. Kran operatorunun həyatını itirdiyi son hadisə göstərdi ki, hər gün ətrafından keçdiyimiz kranların heç də hamısı təhlükəsiz deyil. Hər an başımıza aşa bilər.
İman Məmmədov - Kran mühəndisi: "Düzdür, hadisə oldu. O hadisədə kran operatorunun heç bir günahı yox idi, bu, işin təhlükəsiz qurulmasından asılı olan bir məsələdir".
Ekspertlər bildirir ki, kranların aşmasının əsas səbəbləri normadan artıq yük qaldırma və texnikanın düzgün qurulmamasıdır.
Anar Məlikov - Ekspert: "Ən birinci hər hansı bir yükqaldırma avadanlığı istifadə edilməzdən öncə biz onun texniki sazlığından əmin olmalıyıq. Avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmış və yoxlanmış bir avadanlıq olmalıdır".
İkinci əsas faktor kranı idarə edən şəxslərin peşəkar olmasıdır.
Sahil Mənsimov - FHN rəsmisi: "Kran idarəçiləri bilavasitə həmin sahə üzrə təlimat keçməli, kurs keçməli, sertifikatla təmin olunmalıdır. Onların bilikləri 12 aydan bir təkrar yoxlanmalıdır".
Rafael Nağıyev - Kran ilməkçisi: "Bəli, sertifakatım var. İldə bir dəfə yoxlama zamanı gedib yoxlanışdan keçirik. Keçə biliriksə, möhür vururlar, işimizə davam edirik".
Rəhim Əliyev - Kran operatoru: "Bu kranın aşmaması üçün əvvəla onun təməli möhkəm qoyulmalıdır. Təməli betonlandıqdan sonra xüsusi heyət tərəfindən cihazlar vasitəsilə yoxlanılmalıdr".
Kranların təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir.
Sahil Mənsimov - FHN rəsmisi: "Sahibkar və yaxud fiziki-hüquqi şəxsin yazılı müraciəti əsasında sahibkarlıq obyektlərində yoxlamalar aparılır. Bundan əlavə olaraq, hər hansı qayda pozuntusu olarsa, Ədliyyə Nazirliyindən çıxarış aldıqdan sonra həmin müəssisədə texniki vəziyyətin qiymətləndirilməsi işi aparılır".
FHN sahibkarlara müraciət edərək, kranı istismar etmədən öncə quruma məlumat vermələrini tövsiyə edir. Əgər kranın istimar müddəti bitməyibsə, texniki təhlükəsizlik sertifkatı alınmalı və ya istismar müddəti ötmüş krandırsa, mütləq yoxlamadan keçməlidir. Bəzən buna səhlənkar yanaşma nəticəsində bədbəxt hadisələr baş verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
XƏBƏR LENTİ
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir





