Sevil Mikayılova: "Bu gün Azərbaycanda təhsilin əlçatanlığı tam təmin edilib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gənc nəslin təlim-tərbiyəsi Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edir və keyfiyyətli təhsil ölkəmizin inkişafının əsas göstəricilərindən hesab edilir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və Birinci xanım Mehriban Əliyevanın hərtərəfli qayğısı nəticəsində Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub".
Milli.Az bildirir ki, bunu SİA-ya millət vəkili Sevil Mikayılova deyib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanda təhsilin əlçatanlığı tam təmin edilib və BMT qiymətləndirməsinə əsasən, ölkəmiz savadlılıq səviyyəsinə görə ən yüksək pillədə dayanır: "Təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması və təhsildə mövcud yeniliklərin tətbiqi gənclərin hərtərəfli bilik və bacarıqların qazanmasını təmin edir. Təhsil müəssisələrinin fəaliyyətini qabaqcıl standartlar əsasında qurması xüsusi önəm daşıyır. Bu mənada son illər ərzində ölkə ərazisində yeni məktəbəqədər təhsil müəssisələrinin, baxçaların və uşaq evlərinin bərpası və inşasını qeyd etmək lazımdır.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan dövlət büdcəsində təhsilə ayrılan vəsait ümumi büdcə xərcləri arasında ikinci yerdədir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır. Son 17 ildə ölkədə 3700-ə qədər məktəb tikilib və əsaslı təmir olunub. Bundan əlavə, universitet binalarının yenilənməsi, təmiri və bərpası da böyük sürətlə və geniş miqyasda həyata keçirilib. Bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib.
Heydər Əliyev Fondu bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək", ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Azərbaycan cəmiyyətində təlim-tərbiyə və təhsil məsələsinə hər zaman xüsusi həssaslıq göstərilir.
Sosial həyatımızın və gələcəyimizin mühüm komponenti olan təhsil sisteminin yeniliklərə hər zaman açıq olması dövlət prioritetlərindən biridir və Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılacaq "Ağıllı məktəb" layihəsi və təhsil proqramları bu mənada növbəti möhtəşəm addım olacaq. Yeni ağıllı texnologiyaların tətbiq olunması heç şübhəsiz təhsil sisteminin müasirləşdirilməsi və keyfiyyətcə yeni beynəlxalq səviyyəyə qaldırılmasını təmin edəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
XƏBƏR LENTİ
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı





