Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb

26 İyul 2020 14:56
Baxış: 826

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, cari ilin 16 - 25 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53 880 namizəd qeydiyyatdan keçib.

Onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.