Cəmiyyət

16 şəhər və rayonda vətəndaşlar yaxın qohumun dəfnində iştirak üçün DİN-dən icazə almalıdır

5 İyul 2020 00:16
Baxış: 2 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində vətəndaşların yaxın qohumların dəfnində iştirakına icazə verilir.

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə yuxarıda qeyd olunan ərazilərdə yaxın qohumunun dəfnində iştirak üçün vətəndaş Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.