Cəmiyyət

“Vəzifəlilərin əksəriyyətinin övladlarının cibindən Hüquq fakültəsinin diplomları çıxır”

10 May 2020 11:56
3 Şərh     Baxış: 2 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncənin keçmiş İcra başçsının oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri, Ağstafa rayon İcra hakimiyyətinin başçısının oğlu Ramal Quliyev Nərimanov rayon məhkəməsinin hakimi, Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifələrini tuturmuşlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev Feysbuk hesabında yazıb.

"Vəzifəlilərin tam əksəriyyətinin övladlarının cibindən Hüquq fakültəsinin diplomları çıxır. Ya ikinci təhsil adı ilə, ya da köçürmə yolu ilə...", - deputat əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.