Cəmiyyət

AZAL koronavirus təhlükəsi ilə mübarizəyə dəstək məqsədilə VİDEOÇARX hazırlayıb

27 Mart 2020 16:28
Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən təbirlərə dəstək məqsədilə videoçarx hazırlayıb.

Aviaşirkətdən Milli.Az-a bildirilib ki, belə bir çətin zamanda bütün ölkə "COVID-19" təhlükəsinə qarşı mübarizədə birləşmişdir: "Hər kəsi sosial məsuliyyəti dərk edərək evdən çıxmamağa, yaxınları və ailələrinin, xüsusilə yaşlıların qayğısına qalmağa çağırırıq. Onların yanında olaq, əməl və sözlə dəstəkləyək.

Gücləndirilmiş rejimdə işləyən, həmvətənlərimizi təxliyə edən "Azərbaycan Hava Yolları"nın kollektivi Azərbaycan həkimlərinə öz dərin təşəkkürünü bildirir. Bu gün onlar "ön cəbhədə" çalışır və bu təhlükə ilə ilk üzləşənlərdəndirlər.

Birlik göstərək! Yalnız hamımızın səylərini birləşdirərək bu təhlükəli xəstəliyə qalib gələ bilərik!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.