Cəmiyyət

Dəyəri 12 min manat olan qol saatını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

14 Dekabr 2019 22:04
0 Şərh     Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in "102" Zəng Mərkəzinə müraciət daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətlə əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd "Rado" markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.