Cəmiyyət

Tərtərdə qadın keçmiş ərini hədələdi, yeni doğulan uşağı öldü

3 Dekabr 2019 23:44
0 Şərh     Baxış: 1 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.

O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib. Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.