Yaşadığı ünvandan 538 kilometr uzaqda dərs deyən gənc müəllim - REPORTAJ - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müəllimlik peşəsini seçən gənc müəllimlərin sayı ilbəil artmaqdadır. Bu müəllimlər arasında işə qəbul imtahanlarında yüksək nəticə qazanaraq şəhər mərkəzlərinə deyil, ucqar kəndlərdə işləməyə üz tutanların da sayı çoxdur. Qəbələ rayonundan Astaraya işləməyə gələn gənc müəllim Nübar Qəribli kimi.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Astaranın 240 yerlik Pəlikeş kənd tam orta məktəbi rayon mərkəzindən 45 kilometr məsafədə yerləşir. 2009-cu ildə əsaslı təmirdən sonra istifadəyə verilən məktəbdə 512 şagirdin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Bu müəllimlərdən biri də bu ilin sentyabrında müəllimlərin işə qəbulu üzrə müsabiqədən 51 bal toplayaraq Astara rayonunun Pəlikeş kənd tam orta məktəbinə işləməyə gələn Qəribli Nübar Tehran qızıdır.
Qəbələ rayonunun Nic qəsəbə sakini olan Nübar Qəriblinin 24 yaşı var. O, ucqar dağ kəndində şagirdlərə dərs deməkdən zövq alır: "Bu il MİQ imtahanında iştirak edərək Pəlikeş kəndinə təyinat aldım və burada pedaqoji fəaliyyətə başladım Baxmayaraq ki, ucqar dağ kəndidir, yaşadığım rayondan 538 kilometr uzaqda yerləşir, bu, mənim işimə heç bir maneə törətmir, işimi çox sevirəm. Buna səbəb şagirdlərin mənə olan sevgisidir".
Artıq üçüncü aydır Pəlikeş kənd tam orta məktəbində çalışan gənc müəllim tez bir zamanda şagirdlərinin də sevimlisinə çevrilib.
Nübar Qəribli deyir ki, bu gün azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirmək, onlar tərəfindən sevilmək bu peşəyə marağını və sevgisini daha da artırır. Müəllim şagirdlərin yaxın dostu, onların bu günü və gələcəyi üçün narahat olan, yol göstərən və bələdçidir. Bu keyfiyyətləri gələcəyimiz olan şagirdlərə aşılamaq üçün o da müəllimlik sənətini seçib.
Kənd məktəblərinə təyinat alan gənc müəllimlərə dövlət tərəfindən edilən güzəştlər və diqqət həmkarları kimi Nübarı da çox sevindirib: "Mən xüsusi ilə dövlətimizə təşəkkür edirəm. Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə bir çox imtiyaz verilir, maddi vəsait ayrılır ki, ucqar dağ kəndlərinə gəlib həvəslə işləyək. Mən də bu imtiyazlardan yararlanıram. Bu, bizim həm də müəllim peşəsinə olan sevgimizi daha da möhkəmləndirir".
O, ucqar kəndlərdə işləməkdən çəkinən bəzi gənc müəllimlərə səslənərək bildirib ki, burada yaşayan uşaqların da yüksək təhsil almalarına ehtiyac var: "Düşünürəm ki, ucqar dağ kəndində yaşayan şagirdlərimizin təhsilinə daha çox diqqət yetirilməlidir, onların daha çox qayğıya ehtiyacı var. Gənc müəllimlərə səslənirəm ki, onlar da bizim kimi ucqar dağ kəndinə gəlib, burada yaşayan şagirdlərimizə təhsil versinlər".
Nübarla yanaşı, bu il daha iki gənc müəllim Pəlikeş kəndinə işləməyə gəlib. Məktəb rəhbərliyi hər bir gənc müəllimin arzu və istəklərinə diqqətlə yanaşır. Pəlikeş kənd tam orta məktəbinin direktoru Nadir Eyvazov deyib: "Məktəbimiz son illərdə gənc müəllimlərlə təmin olunub. Ötən il 3 nəfər gənc müəllim gəlmişdi. Bu il də məktəbimizə Qəbələ, Qazax və Mingəçevirdən 3 müəllim gəlib. Onlar üçün hər cür şərait yaradılıb".
Bu il Astara rayonuna işləmək üçün digər bölgələrdən 31 müəllim gəlib. 62 ümumtəhsil məktəbi olan Astara rayonunda 17500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1700-dən çox müəllim məşğul olur. 55 məktəb kəndlərdə, 7 məktəb isə şəhər ərazisində yerləşir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi





