Cəmiyyət

Günün qoroskopu: tələsik, düşünülməmiş qərarlar qəbul etməyin

20 Oktyabr 2019 00:01
23 Şərh     Baxış: 4 202

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - təşəbbüskar olun. İntensiv fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir yaratsa da, onları qulaqardına vurmayın.
Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər. Hadisələrin axarı maraqlı deyil.
Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.

Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz.
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.

Əkizlər - emosiyalarınıza hakim olun. "Hirsli başda ağıl olmaz" deyimini xatırlayın və ən çətin işlərin çözümünün soyuqqanlı davranışda olduğunu bilin. Məntiqiniz emosiyalara uduzmamalıdır.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm informasiyanı qaçırmayın. 
Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə tapınmayın.

Xərçəng - problemlərin həllinə yaradıcı yanaşsanız, sürətlə irəliləyəcəksiniz. Məqsədləri yeniləyin, hədəfləri təftiş edin. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə etsəniz, tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi güclənəcək.
Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə çalışmayın. Əlavə gəlir mənbəyi arayın.

Şir - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.
Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər.
Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.

Qız - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var.
Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil.
Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və əməllərinizdə ardıcıl olun.
Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.

Tərəzi - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.

Əqrəb - işinizə məsuliyyətlə yanaşın. Cari məsələlərin həlli əlahiddə zəhmət və çox vaxt tələb etmir. Ətrafınızdakı hadisələrin mahiyyətini anlamağa çalışın. Bəzi nüanslar xüsusi diqqət tələb edir.
Günün ikinci yarısında vaxt sürətlə keçəcək. İkinci dərəcəli məsələlərə fikir verməyin. Onları təxirə salmaq da olar. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. Yaxın gələcəklə bağlı perspektivlər maraqlıdır.
Təklif və vədləri real dəyərləndirin. 

Oxatan - intensiv intellektual və fiziki əməklə məşğul olmayın. Rutin öhdəlikləri yerinə yetirin. Yaxın gələcəklə bağlı planları bir daha dəqiqləşdirin. 
İntuisiyanız sizi aldatmayacaq.
Günün ikinci yarısında işdə rəhbərlik sizə əlavə tapşırıq verəcək. Ən xırda detallar barədə informasiya əldə etmədən işə başlamayın. 
Tapşırığın korrekt yerinə yetirilməsi üçün müstəqil işləyin.
Yaxınlarınızla münasibətlərdə etimad və qarşılıqlı anlayış xüsusi əhəmiyyət kəsb edir.

Oğlaq - şəxsi münasibətləri işgüzar maraqlardan üstün tutmayın. Ruh yüksəliyi ilə çalışın, hədəflərə və məqsədlərə çatmaq üçün bütün zəruri vasitələrdən istifadə edin.
Bəzi işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan yararlanın. Kənardan məsləhətlərə, yardımlara ehtiyacınız yoxdur. Dəyər verdiyiniz insanla təmaslarda məsafə saxlamağa çalışmayın. Sevdiyiniz insanın hissləri ilə oynamayın.

Dolça - çox ciddi irəliləyişlərə nail ola biləcəyinizi düşünməyin. Realist olun, imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. İndiyədək əldə etdiyiniz nəticələrə diqqətlə nəzər salın, yanlışlıqların fəsadlarını aradan qaldırın.
Günün ikinci yarısında yaradıcılıq potensialınız artacaq. Ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün yeni layihəni reallaşdırmağa başlayın.
Özünüzü həddən artıq yormayın.
Axşam saatlarında qıcıq və yorğunluq istisna deyil. Yaxınlarınızla təmaslarda qarşı tərəfin mövqelərini nəzərə alın.

Balıqlar - qüvvənizə və potensialınıza şübhə etməyin. İradəli olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Karyeranızı düşünün. Problemlərin həllinə yaradıcı yanaşın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyac duyacaqsınız. Ağır işin öhdəsindən təkbaşına gələ bilmirsinizsə, dostlardan yardım istəməkdən çəkinməyin. 
Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Zəhra · 20 Oktyabr 00:4441

    Salam hamıya .hətta vaxt tapmışam bilmirəm oxuyacaqlar yoxsa yox amma Fotosesiyya xanımların da salamlayıram

    Cavab yaz
    • Anonim
      Şemkirli · 20 Oktyabr 09:3110

      Salam Sehefemizin Muelime Qizi necesen Zehra Deyerli Dosdum islerin necedi??,,,,,,,Sende etibarsizlasiran getikce Zehra

      Cavab yaz
      • Anonim
        Semkirliye · 20 Oktyabr 10:3631

        Senin kimi .....oda etibarsizdi da )))sende etibardan dansirsan ))))

        Cavab yaz
        • Anonim
          Şemkirli · 20 Oktyabr 17:0400

          ))) Sen etibarsiz demisen demisen hele iki neferde like edib uje butun seyfe Meni etibarsiz kimi taniyir ee))))) Men Ozme Dost yaxin bildiyim insanlari unutmaram ay Deli,niyese bir muddet uzaq durmaq unutmaq deil

          Cavab yaz
      • Anonim
        Zəhra · 20 Oktyabr 13:4210

        Salam Şəmkirli qardaşım .Vaxt yoxdu qardaş((( bura da şənbə bazar girməyə də vaxt olmur .Amma söz verdiyimdən yazıram .Necəsən? Bizdə hər şey yaxşıdır.Etibarsızlaşmırame qaqaş sadəcə vaxt yoxdu.Beynimdəsiz hər dəqiqə inan))))) Sən nə edirsən? Vətəndəsən? yoxsa Rusiyada?

        Cavab yaz
        • Anonim
          Şemkirli · 20 Oktyabr 16:3500

          Cox Sagol Zehra Mende yaxsiyam Sukur,,Men rasiyadayam,ugurlar Sene Zarafat etdim Vaxt edib yazirsansa demeli Dost kimi duz secmisik Seni,,ozune yaxsi bax ugurlar islerinde bizim ucunde Sen Cox deyerlisen Cenunun Agolli Qizi,arada yaz zarafat edrem herden incime helelik

          Cavab yaz
    • Anonim
      Ulya · 20 Oktyabr 10:5040

      Zəhracan salam. Necəsən? Dərslər necə gedir? Adətən ilk adaptasiya olmaqla keçir))) alt həftə, üst həftə, kollokvium, seminar, mühazirə və s.)))) Necə keçdi səndə bu 5 həftəlik müddət?)))) Uğurlar sənə gözəlim!!!

      Cavab yaz
      • Anonim
        Zəhra · 20 Oktyabr 13:4520

        Salam Ulyacan çox sağol .Şükür yaxşılıqdır birdə yorğunçuluq .Balacanız necədi? Hə üst həftədir bu həftə.Bu həftə kollokvium olacaq ona hazırlaşıram mən də .Çətindi biraz amma bir çox mövzularda daha yüksəyəm .Sevindirir bu məni .)))Siz necəsiz?Zəhmət deyilsə fotonun mehriban xanımlarına salamımı çatdırarsız))

        Cavab yaz
        • Anonim
          Ulya · 20 Oktyabr 15:5120

          Yüksəkdə olmağına sevindim gözəlim. Balaca deyəndə ki,boyda mənimlə bərabərdir artıq (167) )))) yaxşıdı çox sağ ol bacısı))) salamlarınızı da sabah mütləq çatdıracam))) arxayın ol))) kollokviumlarda uğurlar!!!!

          Cavab yaz
          • Anonim
            Zəhra · 20 Oktyabr 16:3510

            )))) Çox sağol sizə işlərinizdə , böyüyə də))) dərslərində uğurlar ))

            Cavab yaz
            • Anonim
              Ulya · 20 Oktyabr 17:5310

              Çox sağ ol gözəlim))) bizim "böyük" də ksq-lərə hazırlaşır bu həftə)))

  • Anonim
    Ulya · 20 Oktyabr 10:4842

    Salamlar hər kəsə.

    Cavab yaz
  • Anonim
    Ulya · 20 Oktyabr 10:5352

    Qəbahət özünün, günah özünün, "Bağışla" söyləmək belə çətindir? Sənin ayrılığa varmış dözümün, Qürurlu dayanmaq xasiyyətindir. Yenə ilk addlmı məndən umursan, Yenə gözləyirsən “barışaq?”- deyim. Bu sevən qəlbimi niyə qırırsan? Sənin mənə qarşı yoxmu istəyin? Həmişə günahsız olduğum halda, Səni sevdiyimçün əyilmişəm mən. Daha yorulmuşam inan bu yolda, Bir gör nələr-nələr itirmişəm mən. Dəyməzsən inan ki qədirbilməzim, Səninçün tökdüyüm göz yaşlarına. Deyərdim "bir ömür üzün gülməsin", Amma bağışladım BAXIŞLARINA... Əfsanə Rəvan P.S. Yutubda Tural Əhmədi dinləyirdim, o bu xanımın şeirlərindən oxudu, bəyəndim, şeirlərini axtarıb tapdım))) paylaşıram sizlərlə...

    Cavab yaz
    • Anonim
      Zəhra · 20 Oktyabr 13:4610

      metafor elay yazın çox həzin musiqi.Son zamanlar sakitləşdirir məni

      Cavab yaz
      • Anonim
        Ulya · 20 Oktyabr 15:4910

        Ok baş üstə axtararam)))

        Cavab yaz
      • Anonim
        Ulya · 20 Oktyabr 16:1310

        Alim Qasımov- xatirədir (Çinarə Məlikzadə də gözəl ifa edib) qulaq as. Möhtəəşəm ifa,musiqi,sözlər...

        Cavab yaz
        • Anonim
          Zəhra · 20 Oktyabr 16:3410

          vaxt tapmışkən baxıram indi (**)

          Cavab yaz
      • Anonim
        Ulya · 20 Oktyabr 16:1510

        Klipinə kövrəldim... Bu aralar yaman kövrək olmuşam...

        Cavab yaz
      • Anonim
        Ulya · 20 Oktyabr 16:1610

        Enya- only time dinlə... Onun da təsirli sözləri var... İnsanı aparır o ifa da... Bir az enigmatic style saymaq olar melodiyasını. Amma tam olaraq yox.

        Cavab yaz
  • Anonim
    Zəhra · 20 Oktyabr 13:4610

    Esra görünmürsən *(

    Cavab yaz
    • Anonim
      Esmer · 20 Oktyabr 14:0900

      Salam gozel qiz Necesen Zehra derseler nece gedir yaxsdi her sey ?

      Cavab yaz
      • Anonim
        Zəhra · 20 Oktyabr 16:3300

        Salam Əsmərim çox sağol .hər şey şükür yaxşıdır.Sən necəsən? Bəs bu dostlar hardadır ? xəbərin var?

        Cavab yaz
        • Anonim
          Esmer · 20 Oktyabr 18:1700

          Her zaman yaxsi olasan gozelim mende sukur yaxsiyam. Yox hec birinen melumatim yoxdu Canim Mende gec gec oluram Burda: )

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.