Cəmiyyət

Azərbaycanda dəhşət - babasıgilə qonaq gedən 10 yaşlı faciəvi şəkildə öldü

21 Avqust 2019 21:00
2 Şərh     Baxış: 4 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Xanagah kəndində baş verib.

Bakı şəhərində yaşayan, 2009-cu il təvəllüdlü, 3-cü sinif şagirdi Cəfərov Rəsul Ramiz oğlu babası Mansurov Nurəddin İsmayıl oğlunun Quba rayonunun Xanagah kəndindəki evinə qonaq gedib. R.Cəfərov həmin evin hamam otağında olarkən dəm qazından boğularaq huşunu itirib.

Uşaq huşunu itirmiş vəziyyətdə anası tərəfindən aşkar edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. R.Cəfərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.