Cəmiyyət

Günün qoroskopu: Planları dəyişmək, riskə getmək olar

1 İyun 2019 00:01
26 Şərh     Baxış: 7 582

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - mürəkkəb situsiya yaranıb. Vəziyyətdən çıxış yolunu tapmaq üçün təcrübə və intuisiyanı işə salın. Bütün diqqətinizi öz işlərinizə yönəldərək yaxın ətrafınızdakı təcili yardıma və ya dəstəyə ehtiyac duyan insanı unutmayın.

Dostlarla görüş, ümumi planın müzakirəsi üçün əlverişli zamandır.

Şəxsi münasibətlərdə yeniliklər, spontan hadisələr zamanıdır.

Gün maliyyə baxımından əlverişlidir. Gəlirlər istisna deyil.

Qeyri-adi əşya, ekstravaqant bəzək ala bilərsiniz.

Buğa - günün ilk yarısında önəmli qərarlar qəbul etməyin. Bu zaman mövcud situsiyanı adekvat dəyərləndirmək, nələrin baş verdiyini anlamaq asan deyil. İllüziyalarla gerçəkliyi qarışdırmayın.

İdeyalar ilk baxışdan göründüyü qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar səhvlərinizə irad tutanda emosional davranmayın, impulsiv olmayın, küsməyin və sinirlənməyin.

Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri güclənir.

İşdə uğur qazanmaq, ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək şansı var. Yeni tanışlıqlar ola bilər.

Axşam saatlarında başlayacaq romantik münasibətlər qeyri-adidir.

Əkizlər - gün ümumən uğurlu və düşərli olsa da, səhər saatlarında xorşagəlməz anlar yaşana bilər.

Ehtiyatlı, sayıq olun. İşdə münaqişənin başlanmaması üçün səy göstərin. Kiminsə xətrinə dəysəniz, ciddi və fəndgir rəqib qazanmış olacaqsınız.

Sərfəli anlaşmalara nail olmaq, ətrafınızdakı insanların uğursuz və ümidsiz saydıqları layihəni, işi və ya sifarişi başa vurmaq şansınız var.

İşgüzar danışıqlarda yeni tərəfdaşda xoş təəssürat yaratmağa çalışın.

Yaradıcı həll, təxəyyül, hadisələrə və nəsnələrə qeyri-standart yanaşma tələb edən işlərdə uğur qazanacaqsınız.

Xərçəng - gün uğurlu alına bilər. Lakin bunun üçün intizamlı, iradəli və qətiyyətli olmalısınız.

Sizə maraqsız təsir bağışlayan işləri təxirə salmayın. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Yeni işin tədarükündən əvvəl mühüm işi bitirin.

Mühafizəkarlıq, yeniliyi sınaqdan keçirməmək istəyi gərəkli nəticənin əldə olunmasında çətinliklər yarada bilər.

Uzunmüddətli planların müzakirəsi üçün əlverişli zamandır. Ailə üzvlərinə qayğı və diqqətlə yanaşın.

Səyahət, səfər, alış-veriş üçün yaxşı vaxtdır. Axşam saatlarında normal istirahət edin.

Şir - mühüm və maraqlı işə başlamaq üçün əlverişli gündür. Çətin işlər sizi qorxutmasın.

Belə problemlərin həllinə şövqlə başlayın və yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər. Yeni niyyətləri reallaşdırmaq, çoxdan ağlınıza gələn, amma irreal təsir bağışlamış ideyanı həyata keçirmək olar.

Həddən ziyadə çalışmayın. Yaşam potensialı səviyyəsi aşağı düşərsə, yorğunluq orqanizminizdə problemlər yarada bilər.

Köhnə dostlar və yeni tanışlarla asanlıqla dil tapırsınız. Başqalarının problemlərinin həllində iştirak edin, məsləhət verin. Amma çox ustalıqla, incə şəkildə davranın.

Qız - məhsuldar iş üçün əla gündür. Bütün işlərin öhdəsindən sürətlə gələ bilməsəniz də, ciddi nailiyyətlər olacaq.

Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Yeni işə çıxırsınızsa, kollektivlə dərhal dil tapmamağa hazır olun.

Kim olduğunuzu anlayana qədər xeyli vaxt keçəcək.

Əks cins mənsubu ilə münasibətlərə xüsusi fikir verin.

Qətiyyətli, amma eyni zamanda soyuqqanlı davranın.

Hansısa məlumatı sirr saxlamaq çətindir. Şəxsi həyatınızla bağlı sirr sürətlə yayılacaq. Bu sirrdə maraqlı olanlarla yanaşı, heç dəxli olmayan insanlar da danışacaqlar.

Günün ikinci yarısı maraqlı görüşlər vəd edir.

Tərəzi - istənilən işgüzar təmaslar üçün əlverişli zamandır.

Etibarlı tərəfdaşlar, müttəfiqlər və potensial sifarişçilərlə danışıqlar yaxşı keçəcək.

Qeyri-formal şəraitdə mühüm məsələni müzakirə edin. Dəvət aldığınız tədbirdə sizi perspektivdə faydalı ola biləcək tanışlıq gözləyir.

Nüfuzlu, məşhur insanla tanış ola bilərsiniz.

Günün ikinci yarısı güclü emosiyalar və hisslər burulğanı zamanıdır. Başınızı itirməyin, sonradan peşmançılıq hissi yaradacaq addımlar atmayın.

Məntiqi unutmayın.

Əqrəb - çətin, qarışıq, laübəli gündür. Çətinliklərin qarşısından geri çəkilməyin.

Sizi heç nə dayandırmamalıdır. Yardıma və ya köməyə bel bağlamayın. Qətiyyətli olsanız, uğur qazanacaqsınız.

Günün ikinci yarısı seçdiyiniz istiqamət və davranış modelinin yanlış olmadığını göstərəcək.

Maraqlı işgüzar təklifin alınması, məhsuldar əməkdaşlığın başlanması istisna deyil.

Yeni tanışlıqlarda emosiyalara qapılmayın. Hissləriniz qarşılıqlı deyil.

Oxatan - bu gün uğurlu zaman deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün yaxşıca çalışmalı, zəhmət çəkməlisiniz.

Planlaşdırdığınız işlər alınacaq.

İşlə bağlı ciddi fikir ayrılıqları yaranacaq. Rəhbərliyin fikrini dinləyin, həmkarların ideyalarını rədd etməyin.

Yalnız öz təkliflərinizi məqbul saymayın.

Şəxsi münasibətlərdə yeniliklər üçün əsla əlverişli gün deyil. Belə səylər yaxşı heç nə vəd etmir.

Əyləncəyə çox pul xərcləmək, bahalı əşyalar almaq gərək deyil. Az sonra pul gərəyiniz olacaq.

Günün ikinci yarısı xoş sürprizlər vəd edir. Çoxdan gözlədiyiniz görüş və ya hadisə sizi sevindirəcək.

Oğlaq - riskə gedərək daha ciddi irəliləyişə nail olmaq üçün düşünülməmiş, impulsiv addımlar atmayın. Hövsələsizlik etməyin, tələsənin təndirə düşdüyünü unutmayın.

Etibar etdiyiniz tərəfdaşa "stavka" edin. Yeni tanışlara şübhə ilə yanaşın. Onlar sizi aldatmağa çalışacaqlar. Planlaşdırılmamış işgüzar səfər gözləntilərinizi doğrultmayacaq.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Sevdiyiniz adamla səmimi olun.

Emosiyalarınızı gizlətməyin, hisslərinizi etiraf edin.

Dolça - günün ilk yarısında əhvalınız pozula bilər. Yaranan problemlər həll olunmaz, çətinliklər isə çox müşkül təsir bağışlayır. Belə deyil, ruhdan düşməyin. Faydalı işlə məşğul olmağa özünüzdə qüvvə tapın.

Planları dəyişmək, riskə getmək olar. Mühüm iş planlaşdırmayın.

Günün ikinci yarısına yaxın bir qədər dincəlin.

Sonrakı saaatlarda nikbin olun, qətiyyətli davranın. Peşəkar fəaliyyətdə və şəxsi münasibətlərdə sizi uğur gözləyir.

Balıqlar - günün ilk yarısında ciddi işlərə başlayıb onları sonuclandıracağınızı düşünməyin.

Cari işləri görün, yetər. Səhhətinizə fikir verin. Kiçik travmalar riski var.

Səyahət, səfər, dostlarla ünsiyyət üçün əlverişli gündür.

Yeni layihəyə başlamayın. Mühüm danışıqlar və rəqiblərdə mübarizənin yeni mərhələsi üçün düşərli gün deyil.

Günün ikinci yarısında əsas problem bədxərclik riskidir. Pulları səpələməyin, məntiqsiz alışlar etməyin.

Səfər istədiyiniz kimi alınmayacaq.

Sizinlə yola çıxmaq fikrinə düşən insanların planları dəyişəcək.

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:02100

    Sabahiniz uqurla acilsin gözel olsun Canlarım.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:0390

    Status-Heyatda dəbdən düşməyən 2 şey var: Biri kisilerde alicenabliq , 2 ci qadinlarda gözel exlaq.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:04120

    Status-Torpak kimi olmalisan Ezildikce sertleşmelisen Seni ezenlerde vaxti gelende sene mohtac olacaqlar !

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 1 İyun 09:4471

      LIKE

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:05100

    Status-Sen Allah,toyuva meni de caqirarasan Gelim görum sen KİMİ NƏYƏ dəyişdin..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:05100

    Vəəə.. Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun Məstan Esra olsun şipşirin.

    Cavab yaz
  • Anonim
    Esmer · 1 İyun 00:07210

    Axşamınız .Xeyir dostlar .1 İyun .Uşaqlar bayramı munasibəti .ilə bütün . Usaqları tebrik edirəm .Allah hec bir evi Usaqsız etmesin .Sevgimə Sevgi qatan .Varlıqıma Varlıq Qatan .Uşaqlımı da təbrik edirəm .butun Hansı Şərhcinin Evində Uşaq varsa .hamsını Coxlu Coxlu opub .Bayramınız Mübarək deyrəm .Allah Bütün Uşaqları qorusun .Amin ...

    Cavab yaz
    • Anonim
      Şemkirli · 1 İyun 12:0200

      Cox sagolun Daglar qizi necesiz?,, Butun balalari Allah qorusun xosbext olsunlar,,sizin usaqlarla birlikde

      Cavab yaz
      • Anonim
        Esmer · 1 İyun 20:4100

        Cox sag olun Ezizim Şəmkirli Balası Amin Allah butun Balları qorusun . Sizde Uşaq varmı? hec soruşmamışam .Varsa onları da təbrik ediridəm yoxdursa Allah qismet etsin sizin Evede ....

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:22170

    Canim Prensim Admiralll Murad Seni ad günün munasibetiyle tebrik edirem uzun ömür can saqliqi arzu ediremmm.O gün olsun Ali mektebe giresen Tebriklerrr !

    Cavab yaz
    • Anonim
      ...Admiral · 1 İyun 09:52102

      Canim Prensesimm çox sağol var ol Allah köməyin olsun. Hə bilirdim Prensesim :))) canım

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:22160

    Bu gün hemde 1 iyun usaq günündür butun usaqlari tebrik edirem ... Firevan yasasinlarrr.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 İyun 00:23160

    Prensssim dunen özüm tebrik etmedim ki vaxtinda tebrik edim Havada da Allah qoysa ad günü gecirterik .

    Cavab yaz
    • Anonim
      Zəhra · 1 İyun 09:0671

      Salam Esram. Həə bugün havada party verərik. Tort mənlikdi. Səndə Azadı, Səmanı götür gəl can. Mən də havada təbrik edərəm. İyun ayı mənimçün çox gözəldir. Həm Admiral kimi party verirəm Happy Birthdayma. Həm də bu iyun ayı çoxlu gəzməyə gedəcəm. Dincələcəm. Azadın ad günü nə vaxtdı?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 İyun 09:20150

        Salam Zehramm Biz gelecik Azadda Sema daaa indi dolma bükürem yarpak dolmasi sapa duzurem bir azdan aşı da süzümm,Stoliçnini edimmm Muradin en sevdiyi goturum gelecemmm İyun menim ucun deee deyerlidir Azadim iyunun 19 u olubbb

        Cavab yaz
        • Anonim
          ...Admiral · 1 İyun 09:54112

          Prensesim canim əllərinə sağliq

          Cavab yaz
        • Anonim
          ...Admiral · 1 İyun 09:55112

          Zəkoş elə səni də Azadıda və bütün uşaqları təbrik edirəm

          Cavab yaz
          • Anonim
            Zəhra · 1 İyun 10:1120

            Cannn. Biz də səni təbrik edirik. Murat Dalkılıç

            Cavab yaz
            • Anonim
              ...Admiral · 1 İyun 10:2942

              Çox sağol can Zəhra Xatun :))

        • Anonim
          Zəhra · 1 İyun 10:0870

          Aaaaaa Esram Azadın ad gününün səhəri məndə olacaq)))))))))))) Paxlava da alacam Murada. Həə birdə dondurma. Göbələklə , limon də alaq?( zarafat )

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 1 İyun 11:1720

            Ahaaaa soklari daaaa Esmer alarr meyveni de almisam gilas alça almaaa

            Cavab yaz
      • Anonim
        ...Admiral · 1 İyun 09:54164

        Sabahınız xeyr. Çox sağol Zəkoşum kaş Məndə olardım öz ad günü partimdə:)) bu gün gəzmək və yemək olacaq :)) bəlkə sabah keçirdək bu gün olmayacam indidə başım qarışıqdı

        Cavab yaz
        • Anonim
          Zəhra · 1 İyun 10:1074

          Necə yəni ad günü partində olmayacaqsan. Get gəz əylən canım qardaşım. Çox yoruldun bu il. Dincəlməyə haqqın var. )))))))). Onda deyirsən sabah gələk?

          Cavab yaz
        • Anonim
          ...Admiral · 1 İyun 10:2864

          Hə canim bacim tələsik yazıram indi gəzməyə gedirik sabah edək yaxşıdı aydaa superr gündüü

          Cavab yaz
  • Anonim
    ...Admiral · 1 İyun 10:5144

    Mən çixdim canlarım getdim gəzməyə Hələlik

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 İyun 11:1640

      Cannn Prensim uqurlarrr gözeel gezmeklerrr Herr sey teskil etmisemmm canim menimmm özüm teskilatcilik edecemmmmm

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.