Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində yüksək patogenli "quş qripi" xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilib. Bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların baytarlıq idarələrinə ayrı-ayrı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan ev və sənaye quşlarından müayinə üçün nümunələrin götürülməsinə və baytarlıq baxışının keçirilməsinə dair göstəriş verib.
Dövlət Xidmətindən Milli.Az-a bildirilib ki, verilən göstərişə uyğun olaraq baytarlıq mütəxəssisləri tərəfindən Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Lənkəran və İmişli rayonlarının İran İslam Respublikası ilə sərhəd kəndlərində saxlanılan təsərrüfatlardan 263 baş ev quşunun qan nümunəsi götürülüb. Quşlardan götürülən qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün göndərilib.
Baytarlıq baxışı keçirilən ərazilərin təsərrüfatlarında isə xəstə və xəstəlikdən tələf olan ev quşlarına təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, artıq laboratoriyada "quş qripi"nə görə götürülən nümunələrin müayinəsi başa çatıb və onların heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib.
Dövlət Baytarlıq Xidməti aparılan müayinələrin nəticələrinə və keçirilən baytarlıq baxışlarına əsasən bildirir ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
XƏBƏR LENTİ
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır





