Cəmiyyət

Günün qoroskopu: Gərəkli işi vaxtında görməmək riski yaratmayın

13 Mart 2019 00:01
42 Şərh     Baxış: 8 668

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil.

Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz.

Uzaqdan mühüm məlumat alacaqsınız. Sualınızı cavablayacaq insan özü də bilmədən mübhəm məqamlardan birini aşkarlayacaq.

Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin.

Günün ikinci yarısı asılılıq, köhnə əşyalar və ya mənasız əlaqələrdən qurtulmaq, yaşamınızda yük olan nəsnədən uzaqlaşmaq zamanıdır. Yeni dəyərlər əldə etmək həmişə yaxşı olmur.

İntuisiyanıza qulaq asın. Ailə üzvlərinə təzyiq göstərməyin. Pressinq zamanı deyil.

Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.

Qüvvələrinizin artımından yararlanıb ciddi üstünlüklər əldə etmək üçün qətiyyətli olun.

Ruhdan düşməyin, əsla geri çəkilməyin.

Günün ikinci yarısında emosiyalara aldanaraq düşünülməmiş qərar verməyin. Təsadüf olmayan "təsadüf" yaşana bilər. Həyat sizi seçim qarşısında qoyursa, praqmat olun. Təzyiqlərə sinə gərin.

Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.

Günün ikinci yarısında işlərdə irəliləmək üçün yeni ideyalara ehtiyac var. Planlarınızı reallaşdırmaq üçün sınanmış metodlardan istifadə edin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.

Axşam saatlarında normal istirahət etmək olar.

Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın.

Günün ikinci yarısında önəmli məsələnin həllində kreativ olun. Çoxlu iş görə bilərsiniz. Ailə üzvləri ilə təmaslarda iradları unudun. Tənqidi ertələyin. Səhhətinizə fikir verin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər.

Günün ikinci yarısında taktikanızı dəyişin. Planlar yeniliklər tələb edir. Hisslərinizdə qarışıqlıq yaratmayın. Cari situasiyanın çərçivəsində hərəkət edin, aktivlikdə ifrata varmayın. İşgüzar əlaqələriniz və şəxsi münasibətlərinizin olduğu insanlarla qayğıkeş olun.

Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu qulaqardına vurmayın.

Tapşırıq və öhdəliklərlə bağlı yalnış mövqe tutmayın. Yaxın ətrafınızdakı insanların istədiklərini yox, zərurət duyduğunuzu edin. Etibar etdiyiniz insanlarla işləyin. Dözümlü, səbrli olun. Axşam saatlarında maliyyə məsələlərində sayıqlıq lazımdır.

Yalanlar artır.

Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən qaçırmayın. Mühüm informasiya nüanslardadır.

Günün ikinci yarısında maliyyə risklərinə, avantüralara başlamayın. Yaxşı tanımadığınız insanlara inanmayın. Nüfuzunuza zərbə vura biləcək situasiyaya düşə bilərsiniz. İntriqa ustalarından biri sizə qarşı məkrli plan hazırlayır.

Hadisələr anlamadığınız ssenari üzrə inkişaf edir.

Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar. Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna deiyl.

Məişət işlərində travma, zədə, yanıq riskləri artır.

Günün ikinci yarısında bir işi yarımçıq qoyub başqasına başlamayın. Mühüm məsələ ilə bağlı fikrinizi qəflətən dəyişməyin. Hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Sizi harasa dəvət edirlərsə, bu, xərclərlə bağlıdır.

Emosiyalara uymayın.

Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin. Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz gərəkən məqamları seçin.

Günün ikinci yarısı təşəbbüskar olmaq, yeni işlərə başlamaq, tələskənlik etmək, zərurət olmayan yerdə aktivlik etmək gərək deyil. Daxili narazılıq münasibətləri partlayış həddinə çatdıra bilər. Proseslərin ənənəvi axarını pozmamaq üçün müdrik olun.

Yaxın gələcəyinizi diqqətlə planlaşdırın.

Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi vaxtında görməmək riski yaratmayın.

Günün ikinci yarısında problemin həllinin fərdi axtarışları ilə müqayisədə kollektiv müzakirələr daha faydalıdır. Maraqlandığınız məsələ ilə bağlı durum dumanlıdır. Mövqelərinizin təhlükəsizliyini təmin edin. Maddi dəyərləri qoruyun. Münasibətlərdə heç nəyi korlamayın.

Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin, məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə irəşliləyişlərə səbəb olacaq.

Günün ikinci yarısında qeyri-müəyyənlik yükündən qurtulacaqsınız. Hisslərin əsarətinə düşməyin. Maraqlara yenidən baxmaq, istiqamətləri təhlil etmək üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmasları artırın.

Seçim edin, üstünlükləri qiymətləndirin.

Milli.Az

loading...

Şərh yaz:

42 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Mart 00:0250

    Çərşənbəniz də uqurlu olsun gözel olsun !

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 13 Mart 09:1420

      Sizinle bahem can ciyer

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:3835

        Coxxx saq ol can-ciyer var ol !

        Cavab yaz
  • Anonim
    Cavid · 13 Mart 00:0320

    Salam sabahınız xeyir dostlar necəsiz kef əhvalınız gününüz xoş və gozəl kecsin inşallah can dostlar

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 13 Mart 09:1510

      Salam Cavid sizinle bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:3936

        Cavid bey cox saq ol sizinle bahem !

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Mart 00:18513

    Kəlam-Günah etmək , bəndəni ruzi-bərəkətdən məhrum edər.Calisin gunah etməyin !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Mart 00:20512

    Kelam-Pislik etdikden sonra edilen yaxsiliq , yaxsilikdan sonra bilə-bilə edilən pislik qeder görünür.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 13 Mart 09:1515

      Likeeeeeeeeeeeeeeee prensesssssssssssss

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:3936

        Cannn Harlnpasaaa

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 13 Mart 10:2822

          Can sene qurban can ciyer

          Cavab yaz
      • Anonim
        \\\ · 13 Mart 09:57126

        O geder dislike qabaginda like komek etmez )))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 13 Mart 10:01813

          Mene Aləmlərin Rəbbi Allah kömek edəndən sonra Like Dislike vız gəlir aaaa ha ha ha ha ha ha ha ha ha ha ))) Sen iseee Allahdan basqa her türlü yolları dənəəə getsinnn Allah komek etmeyenden sonra bəndə nə karədi kiii ?Həəəə??Ay millet 1 insana Allahin komeyi lazimdi ya Allahin yaratdiqi çiy süd əmmişlərin ???

          Cavab yaz
          • Anonim
            \\\ · 13 Mart 10:4960

            Ozun basha dushtun ne yazdun?)

            Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 13 Mart 10:03511

          9 57 utanma isteyirsen 1-ci serhime de ver Görunur bir balaca vicdanin var meni sevmeyenler Yuxari serhe de vererdiler sen onlarin tepgisinden qorxursan mennnn urekleri oxuyan bir insanam haaaaa Allahdan vergidi...

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 13 Mart 10:2558

            İnan Allaha sene Dislike de vermirem en azindan 2 in ede bilerem amma istemiremmm.Allahin gözünden düsmek istemirem sebeb buuu...

            Cavab yaz
            • Anonim
              \\\ · 13 Mart 10:4440

              Sozleri duzgun yaz ki dislike etmiyim )

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 13 Mart 10:5304

              Düzgün yazmayanda ne olur esas mentiqi menani tut da bu qeder cetin yazmiram axiii.Dyesen bildim kimsen düz bildim ??)))) Həəəəəəəəəəəəəəəəəəəəə??))Nece yazim isare ver sehvlerimi düzeldim :))

            • Anonim
              \\\ · 13 Mart 11:3260

              Xeyir xanim qiz, biz tanish deyilik, sozleri ise sadece uzatmag lazim deyil: Həəəəəəəəəəəəəəəəəəəəə - "Hə" sozu ile evez etmak olar)

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Mart 00:23516

    Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin olsun.

    Cavab yaz
  • Anonim
    &&& · 13 Mart 06:5631

    Salam,sabahiniz xeyir dostlar, necəsiniz?bu təzə gündə haminiza mübət enerji,şad xəbərlərlə dolu bir gün arzulayiram amin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:3748

      Amin ! Canim men yaxsiyam əlayam müsbət enerjidəyəm İnsallah ki, gecəyə kimi bu enerjini qorumaqa calisaram Allahin kömekliyi ile.Senede tammm musbet enerji arzulayiram

      Cavab yaz
      • Anonim
        &&& · 13 Mart 11:4702

        Çox sagol urək cigər necəsən ?

        Cavab yaz
  • Anonim
    &&& · 13 Mart 06:5616

    Durun səhər acıldı,durun mənim şoppana balalarım

    Cavab yaz
  • Anonim
    &&& · 13 Mart 06:5715

    Sizi durquzub ozum gedib yatacam :):):)

    Cavab yaz
  • Anonim
    &&& · 13 Mart 07:0015

    Aaaaaa durmursuz yuxum gəlir mən getdim şirin yuxular mənim kimi tənbəllərə

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:3638

      Ayəəəə harya geeeesssənnn ,men buradayam daaaaaa men tenbel deyiləmmmm qoçağ qızam eee

      Cavab yaz
      • Anonim
        &&& · 13 Mart 11:5012

        Gəldim urəyim dislike niyə edirlər əsəbləsib yaziram sora yazdigima gulurəm:):):)

        Cavab yaz
  • Anonim
    &&& · 13 Mart 07:0116

    Survivora kim baxir,əvvəlki kimi maragli deyil,ama yenə baxıram arada,yunanlardan simos cixdi

    Cavab yaz
  • Anonim
    Danışan meyidlər · 13 Mart 07:5250

    Hamıya salam! Gününüz uğurlu olsun)))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 09:40310

      Cox saq ol qarsiliklidir Sizinde gününüz uqurlu olsun gözel olsun !

      Cavab yaz
      • Anonim
        Danışan meyidlər · 13 Mart 12:0481

        Esra sənə demədim. Özü niyə ortaya atdın

        Cavab yaz
    • Anonim
      &&& · 13 Mart 11:5110

      Salam

      Cavab yaz
      • Anonim
        Danışan meyidlər · 13 Mart 12:4620

        Aleykum &&&

        Cavab yaz
  • Anonim
    &&& · 13 Mart 11:4603

    Salam ay milli əhli necəsiniz canlarım?

    Cavab yaz
    • Anonim
      Cavid · 13 Mart 12:0331

      Salam SARA xatun nrcəsən nə var nə yox kef əhvalın məndə gəldim evdə yox idim bayram payi LƏNKƏRANDAN gondərmişdilər getdim onu gətirdim 20 yanvardan indi gəlmişəm evə salamatçılıqdı sənidə coox istəyirəm SARA xatun

      Cavab yaz
      • Anonim
        &&& · 13 Mart 12:4820

        Çox sagol qardasim nə yaxsi evdən gələn şor belə adama qızıl kimi gəlir lap əcəb etdin nus olsun bir daha bayramin mubarək olsun xətrin əziz olsun,Amin

        Cavab yaz
        • Anonim
          Cavid · 13 Mart 12:5720

          Çox sağol gozəl bacım yerlim LƏNKƏRANDAN sənə çoxlu Salamlar meyxanacı Cavid qafiyə deyəcəm tmm

          Cavab yaz
          • Anonim
            &&& · 13 Mart 14:4110

            Cox sagol Salam göndərən sagolsun

            Cavab yaz
  • Anonim
    egrhtjyul · 13 Mart 13:5780

    Səndən çox şikayət edən yoxdur burda. İmkan ver işimizi görək.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Mart 14:3314

      Allah isuvu avand etsin Men cixdim ne qeder isün var gör .

      Cavab yaz
      • Anonim
        &&& · 13 Mart 14:4315

        Getmə uzağlara,gəl qara gözlum Bu dilsiz ağılsızı duy qara gözlum Əsram gördun sənə xalq mahnisi da gupbuldatdim getme hariya gedirsən ayəəəəəəə ay anan bilermi hariya gedirsən ayəəəəəəəəəəəəə

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.