Cəmiyyət

Bakıda Sobsan Boyalarının Dekorativ Premium mağazasının açılışı oldu

23 Yanvar 2019 10:25
Baxış: 12 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqazın və Azərbaycanın ən böyük boya istehsal müəssisəsi olan Sobsan Boyaları 20 illik istehsal tarixində daim boya sektoruna gətirdiyi yeniliklər ilə tanınıb.

Bu dəfə şirkət ənənəsinə sadiq qalaraq möhtəşəm bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə dekorativ boyaların istehsalını həyata keçirən Sobsanın ev sahibliyində dekorativ boyaların sərgiləndiyi "SOBSAN DEKORATİV BOYALAR" premium mağazasının möhtəşəm açılış tədbiri baş tutdu. Açılış tədbirində bir sıra dəyərli qonaqlar və media nümayəndələri iştirak etdilər.

Tədbirdə şirkətin istehsalı olan Sobsan Sədəf boya, Sobsan Travertino Boya, Sobsan Marmarino Boya, Sobsan Kreos boya və bütün digər dekorativ boyalar qonaqlara təqdim olundu. Açılış tədbirində dekorativ boyaların görünüşünün önəmi qədər keyfiyyəti və ən əsası ekoloji cəhətdən zərərsiz olmağı
xüsusilə vurğulandı. Müştəri məmnuniyyətini hər zaman öndə tutan Sobsan Boyaları bu gün dekorativ boya sahəsində dünya trendlərini və texnologiyasını yaxından izləyərək bu boyaları yerli alıcılar üçün əlçatan etməyi bacarıb. Azərbaycan Boya sektorunda hər zaman keyfiyyətli, yenilikçi və müştəriyönümlü fəaliyyəti ilə tanınan Sobsan boyaları bu gün dünyada nüfuzlu olan boya şirkətləri ilə rəqabət aparacaq potensiala və imkanlara sahibdir.
Sobsan Dünya Boyandıqca Gözəldir!
Tel:
+994 50 277 24 68
+994 50 250 80 45 (whatsapp)
+994 12 436 49 14
Ünvan: Məmməd Araz 33A (Teymur Əliyev)
e-mail: [email protected]
www.sobsan.com
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.