Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Parkinq qiymərlərində artım olacaqmı? - VİDEO - FOTO

14 Yanvar 2019 16:19
1 Şərh     Baxış: 860

Bakının nəqliyyat problemlərinin içərisində parkinq yerləri həmişə öz aktuallığı ilə seçilib. Məsələnin həlli üçün kifayət qədər danışılsa da, problem öz aktuallığını qoruyur. İndi isə küçə və qapalı parkinq yerlərinin qiymət artımı gündəmə gəlib. Ekspertlər deyirlər ki, indiki vaxtda həmin qiymətlərin artırılması qanunsuz parklanmanın daha da çoxalmasına gətirib çıxarar.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Tural Yusifli  - Ekspert: "Əvvəl o qeyri-qanuni parkinqləri yığışdırsınlar, insanlara rahat parkinq imkanı yaradılsın, daha sonra isə baha olmamaq şərti ilə bu barədə danışsınlar".

Hazırda yerüstü, yol kənarı parkinqlərdə saatı 50 qəpik, qapalı parklama yerlərində isə bu məbləğ 1-2 manat civarında dəyişir.

Qiymətlərin tənzimlənməsi üçün günlük, həftəlik və aylıq tariflərin yaradılması da vacib sayılır. Bununla da, sürücülərin qapalı parkinqlərə marağı da artmış olar.

Hüseyn Abdullayev - Ekspert: "Küçədə qiyməti daha baha olmalıdır ki, orada qısa müddətlik maşın saxlanılsın".

Tural Yusifli  - Ekspert: "O dayanacaqların tam dolmasını təmin etdiyiniz zaman onlar özlərini saxlaya bilərlər. Onsuz da, həmişə oranın yarıdan çoxu boş olur".

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymət məsələsi onların vəzifə səlahiyyətləri daxilində deyil.

Mütəxəssislər deyir ki, qiymət artımı baş verərsə, sürücülərin bir qismi həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerlərindən daxilolmalar azalacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin NƏZƏRİNƏ! Parkinq qiymərlərində artım olacaqmı?

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Taksi · 14 Yanvar 21:2300

    Bu düz deyil axı Mən müştəri aparmışam Müştəri gedib aptekə deyir 5 dəqqə gözlə mən harda gözləyim??????? Onunla bahəm mən 20 manat fərqlənmə nişanı üçün dövlətə vergi verirəm Bu absultdur. Müştəriyə deyim gələrsiz parkingə?????

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.