Cəmiyyət

Azərbaycanda rayon prokuroru səhhətindəki problemlə əlaqadər vəzifəsinin icrasına başlaya bilmir

1 Oktyabr 2011 11:38
Baxış: 356
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə Qobustan rayon prokuroru təyin edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

Bəzi KİV-lərdə informasiya yayılmışdı ki, Azər Vahabzadə ərizə yazaraq vəzifəsindən imtina edib.

Zakir Qaralov deyib ki, qanuna görə, prokurorlar 5 il müddətinə təyin olunurlar, müddət başa çatandan sonra onların yeni vəzifələrə təyinatı həyata keçirilir.

"Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə mənim əmrimlə Qobustana prokuror təyin edilib. Mənə verilən məlumata görə, səhhətində yaranan problemlə əlaqədar hələ ki, vəzifəsinin icrasına başlaya bilmir. Səhhətində hər hansı bir problem varsa, biz bu məsələni araşdıracağıq və müvafiq qərar qəbul edəcəyik", - Qaralov deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.