Cəmiyyət

Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun

12 Yanvar 2019 00:01
28 Şərh     Baxış: 5 143

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sakit işləmək imkanınız olacaq. Ünsiyyət dairəsini bir qədər məhdudlaşdırın. Hansısa mövzunu bir müddət diqqətsiz qoyubsunuzsa, əhvalınızı korlaya bilərlər.

İşdə rəhbərliyin də qatıldığı toplantıdan sonra aldığınız tapşırıqların sayı arta bilər.

Günün ikinci yarısı daha uğurlu olacaq. İşlərdə uzunmüddətli layihələrə və əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verin. Əlaqələr və əlavə ehtiyatlardan istifadə edin.

Hər şeyi yerbəyer etmək, qüvvə və resursları paylaşdırmaq, ətrafınızdakı insanlarla təmasları intensivləşdirmək üçün yaxşı zamandır.

Vaxtınızı ünsiyyətə yox, işlərə sərf edin. Ailədə işdən danışmayın. Yaxınlarınıza, sevdiklərinizə diqqətli olun, həssas davranın.

Yardım istəyənlərə dəstək verin.

Buğa - səbrli və təmkinli olun. Günün ilk yarısı ilə bağlı planlarınızı elə qurun ki, qəza və münaqişə riski minimuma ensin. Əsas məsələnin nə olduğunu anlamaq üçün dəyişiklikləri diqqətlə təhlil edin. Enerjiniz çoxdur və bu səbəbdən də çox iş görə bilərsiniz. İndi dağıtmaq, sökmək, atmaq, qurtulmaq yetərincə asandır.

Yaşam arealında təmizlik aparın. Amma yaxın ətrafınızdakı insanlardan da aktiv iştirak tələb etməyin. İşi hər kəs özü seçməlidir.

Maddi məsələlərdə təşəbbüskar olmayın, alış-verişi təxirə salın. Uzaqdan qəfil və maraqlı xəbər ala bilərsiniz. Yaşamınızda yeni mövzu formalaşır.

Yaxınlarınızı sevindirin.

Əkizlər - maliyyə məsələlərinə diqqətlə fikir verin. Öhdəliklərlə yanaşı, etik normaları da pozmayın. Bütün işləri görmək mümkün olmasa da, əsas işləri fasiləsiz nəzarətdə saxlayın. Tərəfdaş və ya həmkarlarla bir araya gələrək perspektivləri müzakirə edin.

Yaşamınızda köklü dəyişikiklər etməyin. İndi tələsmədən, alınan məlumatları və yaxın ətrafınızdakı insanların reaksiyasını dəyərləndirərək çalışmaq gərəkdir.

Gələcəkdə təkbaşına işləyəndə çətiniklərlə üzləşən zaman yardım almaq istəyirsinizsə, ətrafınızdakı insanların problemlərinin həllinə qatılın, onlara yardım edin.

Səhhətinizə fikir verin.

Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - tempi azaldın, bir qədər ehtiyatlı davranın. Tərəfdaşların maraqlarını qulaqardına vurmayın, plan və öhdəlikləri razılaşdırın. Uğur məhsuldar əməkdaşlıq və yeni əlaqələrin yaradılmasından asılıdır.

Səhər saatlarında gərginlik az olmayacaq. Hisslər və emosiyaların əsiri olmayın. Səbrli, soyuqqanlı davranın, xırda məsələlərə görə qıcıqlanıb əsəbləşməyin.

Yaşam arealınızı qaydaya salın. Bir qədər tək qalın, fikirlərinizi rəvanlaşdırın. Axşam saatlarında gəzintiyə çıxın.

Şir - cari işlərin öhdəsindən gəlmək üçün maksimum səy göstərin. Çoxdan bəri hazırladığınız planların reallaşdırılmasına başlayın. Diqqətinizi ən mühüm məsələyə yönəldin.

Ciddi yanaşma və təfərrüatlı təhlil tələb edən situsiyalarda sayıq olun.

Tənbəl, süst, ətalətli olmayın. Şəxsi münasibətlərdə təşəbbüs zamanı deyil. Güzəştlərə getmək gərəkdir. Mübahisələr və həddən artıq emosional ünsiyyətdən yayının.

Alış-veriş zamanı deyil.

Səhhətinizə fikir verin.

Qız - aktiv olun. İşlərinizin ən mühüm istiqamətində ciddi olun. Bir işi bir dəfə görün, yaxın ətrafınızdakı insanların sizə əmr etmələrinə, göstəriş vermələrinə imkan verməyin. Səbirsizlik etməyin, düşünülməmiş qərarlar verməyin.

Daha çox effektivliyə nail olmaq üçün yeni işlərə başlamaq əvəzinə yarımçıq işləri bitirin.

Yalnız bundan sonra nə etmək barədə düşünmək olar.

Maddi məsələlərdə diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.

Böyük ümidlər bəslədiyiniz münasibətlərin inkişafına süni təkan verməyin. Qeyri-adi görüş, təklif, ideyalara fikir verin. Onlar faydalı ola bilər.

Bilik, bacarıq, informasiyaları paylaşmaq olar.

Tərəzi - praktik məsələlərin həlli, məsləhətləşmə, işgüzar məqamların bəlirlənməsi ilə məşğul olun. Günün ilk yarısında aqressiv təmayüllərin təsiri güclüdür.

Heç bir ciddi səbəb olmadan emosiyalarınız tarıma çəkilə bilər. Yaşanan olayların məzmununu anlamağa çalışın. Bu isə daxili böhran və ya önəmli saydığınız insanlardan biri ilə münasibətlərin pisləşməsinə səbəb ola bilər.

Orientirləri dəyişin. Amma situasiyadakı gərginliyi son həddə çatdırmayın. Sakit və konstruktiv olun.

Radikal qərarlar var. Mövqelərinizi dəyərləndirin. Kiçik itkilər sizi çox qayğılandırmamalıdır.

İnformasiya axtarışı, intellektual fəaliyyət xeyir verə bilər.

Əqrəb - səhər saatlarını təmkinlə, vurnuxma və təlaş olmadan keçirin. Kütlə olduğu yerdə ehtiyatlı davranın. Tanımadığınız insanlarla ünsiyyətdən yayının. Pullarınızı qoruyun.

Məhsuldar çalışın, perspektivləri aydın görməyə çalışın. Cari işlərlə məşğul olun, sənədlər və hesabatları hazırlayın. Müxtəlif instansiyalara planlaşdırdığınız vizitləri reallaşdırın. Tələsməsəniz və prioritetləri dürüst müəyyənləşdirsəniz, işgüzar əlaqələriniz pozitiv impuls alacaqlar.

Gərəkli işlər isə sizə lazımlı istiqamətdə hərəkətə gələcəklər.

Bəzi emosiyalarınızı pərdələyin, rasional olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqət, ehtiyatlılıq gərəkdir.

Oxatan - qəfil hadisələr, planların alt-üst olması, kəskin diskussiyalar günüdür. Münasibətlərdə həddi keçməyin, əks halda sonradan barışmalı olacaqsınız. İmkan varsa, bəyəndiyiniz işlə məşğul olun. Hisslərinizi rəvan saxlayaraq vaxtınızı faydalı işlərə sərf edin.

Praktiki məsələləri kollektivdə müzakirə edin. Çalışdığınız məkanda rekonstruksiya işləri aparmaq olar.

Günün ikinci yarısı müxtəlif instansiyalara baş çəkmək, hesabları ödəmək, ev ehtiyatlarını artırmaq üçün sərfəlidir.

Problemlərin həlli ilə bağlı nikbin mövqe tutun. Müşküllərin qəfil və qeyri-adi çözüm yollarını tapın.

Axşam saatlarında maraqlı məclis istisna deyil.

Oğlaq - emosional durumu qoruyun. Soyuqqanlı və təmkinli davransanız, çox işlər görə bilərsiniz. Konstruktiv dialoq çərçivəsindən çıxmayın, mənasız mübahisələrə başlamayın. Yaxın ətrafınızdakı insanlara onların ötənlərdəki səhvlərini və günahlarını xatırlatmayın.

İzafi ünsiyyətə qapılmayın, bütün diqqəti işə yönəldin.

Bəzi məqamlar və əşyalar olduğundan fərqli mənalar kəsb etməyə başlayır.

Heç bir ehtiyac olmadan riskə varmayın. Situasiyanın kəskinləşməsindən belə, öz xeyrinizə istifadə edin.

Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər.

Səfər və ya səyahətdə ehtiyatlı olun.

Dolça - çətin, qarışıq gündür. Gərginlik artır. Situasiya inkişafı, transformasiyanı tələb edir. Yaşanan saatlar ambisiyalarınızı artıra bilər. Tələskənliyə və vurnuxmaya baş qatmayın. Perspektivdə karınıza gələ biləcək informasiyanı dəyərləndirin.

Heç nədən hay-küy çox olacaq. Aldığınız xəbərləri təhil etsəniz, dəyərli məqamı aşkarlaya bilərsiniz. Nəyəsə nail olmaq istəyirsinizsə, emosiyalardan yararlanmayın, arqumentlərə xitab edin. Yaşamınızı çətinləşdirən məsələlərdən yararlanın.

Axşam saatlarında normal istirahət edin.

Yuxusuz qalmayın.

Balıqlar - konkret maddi işlər, təxirə salınmış planlar, səhvlərin düzəlməsi üçün əlverişli gündür. Yaşamınızın bəzi məsələlərində güzəştə getmək, nəyisə qurban vermək lazımdır. Yaxın gələcəkdə reallaşdırmaq istədiyiniz sıçrayış üçün yolu təmizləyin, faydalı dəyişiklikləri həyata keçirin.

Yaxın ətrafınızdakı insanların hisslərini və niyyətlərini anlamağa çalışın. Yaxşı istirahət etmək üçün neytral məşğuliyyət seçin.

Aktiv ünsiyyət yorğunluq və gərginlik hissi yarada bilər.

Səhhətinizə fikir verin. Pik yorğunluğa imkan verməyin.

Milli.Az

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 00:0271

    Sabah ola hayir olaaa hayirli sabahlar dilerim !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 00:0387

    Status-Düz düz gedər düz aləmində , əyri də düz gedər öz aləmində !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 00:0486

    Status-Bu heyatda her seyin sonu var : Sevginin , dostluqun , derdlerin Bir tek xatirelerin ve arzularin sonu yokkkk!

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 00:0586

    Status-Birdənə Olsun , sonsuz olsun , yeterki olsun Amma Olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 00:0686

    Status-Xosbext görün ! Üzgün olmaqin kimsenin umurunda diyil Xosbextlyin ise haminin baxislarinda !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 00:0886

    Status-Baxislarin müqeddesdi deyirdin ,amma öpüb gözlerinin üstüne qoya bilmedin !

    Cavab yaz
    • Anonim
      Cavid · 12 Yanvar 08:4932

      Sabahın xeyir ay ESRA necəsən günün xoş və gozəl keçsin

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 09:4744

        Cox saq ol Cavid beyyy qarsiliklidir/

        Cavab yaz
    • Anonim
      Esraya · 12 Yanvar 09:09109

      Esra xanım sizə dislike edənlər paxıllardır. Belə bir söz var kimsə arxanızca danışırsa deməli siz öndəsiz. İndi sizdə öndə olduğunuz üçün sizə paxıllıq edirlər. Fikir vermə. Yola ver getsin. Bu parazitləri. Məndə hamısına likeeeee:). Birdə ❤️Bu da sizə

      Cavab yaz
      • Anonim
        Arzu · 12 Yanvar 09:3630

        Salam doslar bacılar gununuz ugura sabahınız ugura acılsın sabahımız ugur getırsın daim bize

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 09:4867

          9 09 canim menim ,dubbedüz paxildilar da 1-satatusum bunlara aiddi eyridiler öz alemlerinde guya düzdüler. Paxila Allah hec vaxt vermiyecek qoy Paxillansinlar

          Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 09:4946

          Arzu bacim Salam ! Cox saq ol seninle bahem.

          Cavab yaz
      • Anonim
        09.09 a · 12 Yanvar 09:501211

        Aileli ve eli ushagli gadinin butun gunu bu saytda bayagi sherhler yazmasina mi paxillig edirler???????

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 09:5769

          9 50 bayaqi yaziram, sayağı yaziram eger hec kimle isim yoxdusa, qelb qirmiramsa, ev yixmiramsa senlik deyil ailemin ne dexli, oqlumun ne dexli onlar narahat deyilse sizler kimsiniz nerahat olmaqa həəəəə kimsinizzzz ??? Bura yazmaqimdan menim canim heyat yoldasimin xosuna gelir vessalam O mene 1 kelme dese buralara yazma ve elini komputere telefona vurma Hemen günü cixaram bildin bu hal da hec vaxt olmayacaq senin adina üzgünemmm (((

          Cavab yaz
          • Anonim
            Cavid · 12 Yanvar 10:0410

            Esra əsəbləşmə yaxşı

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:1858

              Qetiyyen eseblesmiremmm bu gun ehvalim İnsallah ela olacaq buralarda korlamak istemirem Bir azdan Allah qoysaaaa cixacam ..Özü de yazir ki utanmadan butun günü saytda ay Töööövvvbəəəə yeee men 100 isimi gorurem buralara yaza yaza dunen hec burada olmamisam bu günde hemcinin indi cixacam Yer yataq salib burada yatanlar özleri olduqu halda adlarin mene qoyurlar adama deyerler men bütün günü buradayam sen olmada neye dusmusen tula kimi arxamcaaaa bax bunu deyerlerde men buradayam sen ne azdirmisan burada bax bunu deyerler vicdansizlara şBir de Cavid bey siz necesiniz yadimnan cixdiii basimi ele qatdi ki Allah basin qatmış hal ehval yadimnan cixdi

          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:0778

            Bir de Dislikeden bol-bol ver bilirem yanmışdığdan verirsen ,rahatlannn cun ki, heyatun Dislikedideee neyniyekkkk yaziqimmm gelir eeeee bir pis xaraktərim var ureyi acik bir insanam sene yaziqim gelmemelidi amma dozmurd eeeee ürekkk neyneyim mende bele qelbi gözel, özü gözel, adi gözellll Esrayam daaaa

            Cavab yaz
            • Anonim
              Arzu · 12 Yanvar 10:1800

              Cox sag ol esra canım esebleşme boş ver getsin hsmısı statusun gözeldi laykkk hamısına

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:2718

              Cannnnim Arzu bacimmm, her şey gözel ve qaydasinda olanda neqativ yazirlar ki , araqatanliğ edirlerdeee Dehsettt olacaq Cehennemde hallari

            • Anonim
              Cavid · 12 Yanvar 10:4802

              ESRA məndə superəm səndə həmişə yaxşı ol sənədə xoş gəzməklər ESRA

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:5305

              Sende her zeman her an Superrr Ol !

        • Anonim
          09:50 yə · 12 Yanvar 10:29910

          Sənə nə özü bilər. Elə sən paxılsanki paxıl. Boynuva al da. Mən Esra deyiləm. Onun dostuyam. Nə yazır əccəb edir. Yan səndə

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:361011

            Ayyy , canim menim hecc boynuna alarr hec vaxt .İndi hikkesinden bele yazacak ki, ay Esra öz özüve yazma .Tüstəliyirdəə.Canimmm dostum Allah senii qorusun Amin !

            Cavab yaz
            • Anonim
              Esraya · 12 Yanvar 11:2670

              Allah səni də qorusun. Azadı da. Xoşbəxt olasız.

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:4978

    Heee canlarimmmm, caniklərimmm, bratlarim, sestralarim Men çıkayrummmmm Bu gunluk helelik bu kadar.Goruserik İnsAllahhhh selametlerleeeee seq olun....

    Cavab yaz
    • Anonim
      Cavid · 12 Yanvar 11:0413

      Qalın geyin hava soyuqdu ESRA yaxşica əylən ESRA

      Cavab yaz
      • Anonim
        Mahir · 12 Yanvar 11:3702

        Salam eziz serhciler necesininiz? Kefiniz ehvaliniz necedir? Size bir sizce olkemizde kakos satilirmi? Ve satilirsa qiymeti neceyedir? Hormetli serhciler xais edirem cavab verin. Size cox minnetdar olaram.

        Cavab yaz
        • Anonim
          Arzu · 12 Yanvar 11:5200

          Salam mahır vey yaxşıyıq sag ol olar yaqinki bu zamanede olmayan şey yoxdu bılmırem qiymetini

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.