Cəmiyyət

DİQQƏT! Bu restoranlar 6 min manat cərimə olunacaq - VİDEO - FOTO

14 Sentyabr 2018 15:08
0 Şərh     Baxış: 2 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Restoranlarda menyuda göstərilən qiymətlərdən əlavə olaraq, müştərilərə başqa qiymətlər deyilir.

Bu da, təbii ki, restoranla müştəri arasında narazılıqlara səbəb olur. Belə hallarda qanun nə deyir, çünki bu hüquqların pozuntudur.

Milli.Az xəbər verir ki, bu haqda ARB TV-nin "Günə Doğru" verilişində maraqlı süjet yayımlanıb.

Tahir Əlirzayev - hüquqşünas: "Bu cür xətaya görə həmin hüquqi şəxs 6 min manata qədər inzibati qaydada cərimə nəzərdə tutulur".

Hətta mənəvi ziyana görə restorandan təzminat tələb etmək olar ki, niyə məni qiymətdə aldatmısan?!

Eyyub Hüseynov - Azad İstekçılar Birliyinin sədri: "İstehlakçıdan artıq pul almaq artıq istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Əgər istehlakçı şikayət edərsə, qarşı tərəfi cərimə gözləyir".

Ona görə diqqətli olun, "menyudakı qiymətlərdə dəyişiklik var" və ya "menyumuzda filan yemək yoxdur, amma qiyməti filan qədərdir" deyən restoran əslində qanunu pozur. Çünki bu peşəkarlıqdan uzaqdır.

Güləli Hadıyev - Restoran direktoru: "Menyuda olan qiymətlər əskini tapmalıdır. Hansı ki, hesabatdan çıxan qiymətlərlə. Buna əməl etməyən həmkarlarımızdan da xahiş edirəm ki, bu neqativ hallara getməyəsiz".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DİQQƏT! Bu restoranlar 6 min manat cərimə olunacaq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.