2018-ci ildə Azərbaycana turların sayı 322% artıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Entoni Burdenin Azərbaycana səfərinə qadağa niyə qoyulmuşdu? Çünki o, Dağlıq Qarabağa səfər etmişdi. Mən isə Dağlıq Qarabağda heç vaxt olmamışam...
Bu regionu tanımayan şəxslər üçün deyək ki, Dağlıq Qarabağ mübahisəli "qaynar" regiondur. Bu bölgə hüquqi baxımdan Azərbaycan ərazisi olsa da, Ermənistan tərəfindən işğal edilib. 1988-ci ildə orada gərginlik pik həddə çatıb. 1992-ci ildə bu gərginlik Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilib. Nəticədə təxminən 25 min insan həyatını itirib və Ermənistan bölgəni işğal edib. Lakin Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən bu gün də Azərbaycan ərazisi kimi tanınır. Sadəcə, hazırda orada ermənilər yaşayır.
Azərbaycan xaricilərin bu regiona Bakının icazəsi olmadan səfər etməsinə qarşıdır və bunu açıq ifadə edir. Bu bölgəyə Bakının icazəsi olmadan səfər etmiş 700 nəfərin adı Azərbaycanın "qara siyahı"sındadır. Odur ki, nə vaxtsa Azərbaycana səfər etmək fikriniz varsa, Burdenin yolu ilə getməyin.
Beləliklə, əksər xarici Dağlıq Qarabağa səfər etməkdən çəkinir. Əvəzində, turistlərə Azərbaycanın digər bölgələrinə - Bakıya, Lahıca, Şəkiyə və s. səfər etmək təklif olunur. Bəs adını bu vaxtadək eşitmədiyimiz bu ölkəni cəlbedici edən nədir? İlk növbədə vizanı ucuz və sadə yolla əldə etmək imkanı. 2017-ci ilin yanvarınadək bu proses indiki kimi asan və ucuz deyildi. Həmin vaxt Azərbaycana getmək üçün dəvət məktubu tələb olunur, vizanın qiymətisə təxminən 130 dollar idi.
Bu gün Azərbaycana bir girişli elektron turist vizası 24 dollardır. Onu hökumət saytı vasitəsilə asanlıqla almaq mümkündür. Turistlər Azərbaycana 3 iş günü ərzində viza əldə, bununla da səyahətə yollana bilir. Elektron viza almaq prosesi çox asandır. Əlinizdə elektron vizanın surəti olmazsa, miqrasiya xidməti sizə problem yarada bilər.
Beləliklə, bu gün asan elektron viza sayəsində Azərbaycana daha çox turist səfər edir. Ölkənin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən il bildirmişdi ki, digər illərə nisbətdə ölkəyə gələn turistlərin sayı 21% artıb.
Şəxsən mənim nisbətən az tanınan Azərbaycana diqqətimə Burdenin ölkəyə girişinə qadağa qoyması haqda xəbərlər, həmçinin yeni elektron vizanın yaxşı mənada hay-küy yaratması çəkmişdi. Son illərdə dəyişikliklərin yaşandığı bu ölkəyə səfər etmək qərarına gəlmişdim. Və artıq bunun vaxtı idi...
2017-ci ildə "Intrepid Travel" şirkətinin Azərbaycana səfər etmək istəyən müştərilərinin sayı 2016-cı illə müqayisədə düz 322% artıb. Buraya xüsusilə, Şimali Amerikadan olan müştərilər aiddir.
Tur variantlarını araşdırdıqdan sonra "Intrepid Travel" şirkətinin Azərbaycan və Gürcüstana 10 günlük turunu seçdim. "Intrepid Travel" ölkədaxili turlar təşkil edən azsaylı şirkətlərdəndir. Onun beynəlxalq müştərilərinin 132%, ayrıca olaraq Şimali Amerikadan olan müştərilərinin 200% artması məhz bununla bağlıdır.
Bu turla Azərbaycanın paytaxtı Bakıda, həmçinin ölkənin Lahıc və Şəki kimi bölgələrinə getmək mümkündür.
Beləliklə, oraya səfərdən sonra Azərbaycanın zəngin tarixə malik olduğunu öyrəndim. Orada dünyanın ən qonaqpərvər sakinləri olan azərbaycanlılarla tanış oldum. Azərbaycana ya Avropa, ya da Asiya ölkəsi demək mümkün deyil. O, həm qədimdi, həm də müasir. Bu gün o, dünyada öz yerini tapmağa çalışır. Bu, Sovet İttifaqından 1991-ci ildə ayrılaraq müstəqilliyini elan etmiş ölkə üçün anlaşılandır.
Bakının tarixini və memarlığını görmək, Lahıc və Şəkinin təbiətilə, yerli əhalisilə tanış olmaq istəyirdim.
Bakı həm qədim, həm də müasir mədəniyyət və memarlıq incilərinin olduğu şəhərdir. Məsələn, paytaxtda Zaha Hadinin memarı olduğu Heydər Əliyev Mərkəzi, məşhur "Alovlar qüllələri", xalça şəkildə dizayn edilmiş heyranedici Azərbaycan Xalça Muzeyi də var, İçərişəhərin memarlıq nümunələri olan qədim Qız qalası, Şirvanşahlar sarayı, hamamlar və karvansaralar da. Bütün bunlar bu müasir şəhərlə vəhdət təşkil edir və ən müasir otellərin cəmi bir neçə addımlığında yerləşir.
Lahıc kimi möhtəşəm kənd Bakıdan kənardadır. Burada küçələr boyu kiçik dükanlar düzülüb. Bu dükanlarda nə istəsəz, var: əl işi olan məmulatlar, misdən hazırlanmış məhsullar, xalçalar, ədviyyatlar və s. Lahıca dağ yolu ilə gedilir. Bu yollardan ayrılan cığırlar sıldırımlı dağlara aparır...
Lahıcda qonaq evləri var. Doğrudur, onların şəraiti lap yüksək səviyyədə deyil. Lakin özünəməxsus gözəlliyi olan bu evlər sizə dünyanın bu hissəsinin ənənələrini və mədəniyyətini hiss etməyə imkan verəcək. Bu evlərdə xüsusilə uzaqdan görünən Böyük Qafqaz dağlarının əzəmətini hiss edəcəksiniz.
Lahıcdan bir zamanlar qədim İpək Yolunun üzərində yerləşmiş Şəkiyə səfər edə bilərsiniz. Azərbaycanın ən yaxşı ipək məhsulları, əl işi olan gözəl məmulatları buradadır. Şəhərin bazarı da çox maraqlı məkandır. Burada sanki zaman dayanır. Əhali artıq oranı turistlərin diqqətini cəlb edən məkana çevirib. Bazarda kişilər bir yerə toplaşır, çay içir, diri toyuqdan tutmuş, təzə çörəyədək hər şey satırlar. Qadınlar isə bazarı dolaşır, alış-veriş edir. Bu mənzərə Sovet dövrünü xatırladır. Sanki hər şey o zamanda donub qalıb...
Artıq Azərbaycandan qayıtmışam. Lakin mənim yenə də Dağlıq Qarabağa səfər etmək, o bölgəni öyrənmək planım yoxdur. Çünki Azərbaycana yenə səfər etmək, onun turist axınından necə təsirlənəcəyini, necə inkişaf edəcəyini görmək istəyirəm.
Forbes, ABŞ
13.09.2018
Müəllif: Brenna Uilson
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
XƏBƏR LENTİ
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)





