Cəmiyyət

Bakıda ağır qəza: xəsarət alan var - FOTO

17 İyul 2018 23:19
1 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, 90-UC-653 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil "Sola qadağandır" yol nişanının tələbini pozaraq Eldar Babayev küçəsinə dönüb. Bu zaman Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan 90-UV-281 dövlət nişanlı "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə sonuncu avtomobildə olan yeniyetmə oğlan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Post və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib. Hər iki avtomobil deformasiyaya uğrayıb.

Maşınlar cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.