Cəmiyyət

Hər damlası "canlı" təbii… Məhdudiyyətsiz içə biləcəyiniz su!

10 İyul 2018 12:35
Baxış: 659

Suyun həyatımızda nə qədər əhəmiyyətli olması barədə düşünmüsünüzmu? İnsanın bədəninin təxminən 70% sudan ibarət olduğunu məktəb illərindən hər birimiz bilirik, amma bu barədə nə qədər ciddi düşünürük?

Necə su içirik? Axı sudan suya fərq var. Krandan gələn su içmək üçün artıq qəbul olunmur. Lakin qablaşdırılmış suların hamısı da faydalı deyil - mineral maddələrin tərkibi və həcmi fərqlidir. İnsana xeyir gətirən sağlam suyu içmək vacibdir.

Suyun keyfiyyəti onun mənbəyinin kimyəvi tərkibindən və yerləşməsindən asılıdır. İnsan orqanizminə xeyir verən yalnız mineral sulardır. Minerallaşma dərəcəsindən asılı olaraq, onlar süfrə (1 q/l), müalicəvi-süfrə (1-dən 10-dək q/l) və müalicəvi (10 g/l daha çox və ya tərkibində yüksək sayda aktiv elementlər) sulara bölünür.

Süfrə mineral suları gündəlik olaraq məhdudiyyətsiz və həkim tövsiyəsi olmadan içilə bilər.
Beynəlxalq standartlara əsasən təbii mineral sular təbii qaynaqdan hasil olunur, yalnız rəsmi qeydiyyata alınmış qaynaqdan gəlir, yalnız rəsmi qəbul olunmuş üsulla çıxarılır və təbii tərkibi və saflığı dəyişilməz saxlanılır. Beynəlxalq qaydalar suyun orijinal təbii xüsusiyyətlərini dəyişə biləcək hər hansı metoddan istifadəni qadağan edir.

"TAC" şirkəti əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Azərbaycanda yaradılan ilk şirkətdir. Uzun illər ərzində şirkətinin əməl etdiyi "Suyun keyfiyyəti - həyatın keyfiyyəti!" əsas şüarı daxili bazarda əldə etdiyi uğur və etibarlılığının nəticəsidir. Beynəlxalq ISO 9001:2008, ISO 22000:2005 və HACCP sertifikatıkatları TAC şirkətinin məhsullarının yüksək keyfiyyəti ilə yanaşı, həm də təhlükəsizliyinin sübutudur.

Ənənəvi olaraq, Qafqazın mineral suları ən keyfiyyətli hesab edilir. Təbii su "Aquavita" Bakıdan 200 kilometr məsafədə olan ölkəmizin Xaçmaz rayonu, Susayqışlaq kəndinin təmiz meşə massivində yerləşən artezian quyusundan 420 metr dərinlikdən hasil olunur. O, ətraf mühitdən bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunur.

Su qədim dağ süxurlarının qatlarından keçərək, zəif mineralizasiya olur və əlavə faydalı xüsusiyyətlər əldə edir. Təbiətin ona verdiyi təbii mineral tərkibinin pozulmaması üçün  su zavoda xüsusi aftosisternalar vasitəsilə nəql olunur. Qablaşdırılmadan öncə suyun tərkibi dəyişdirilmədən 3-pilləli filtrlərdən keçərək mexaniki qarışıqlardan təmizlənir və ultrabənövşəyi şüalarla zərərsizləşdirilir.
"Aquavita" suyunun unikallığı ondadır ki, təbiətin özü onu qüsursuz, təmiz, mineral maddələrlə mükəmməl balanslaşdırılmış və yumşaq dada malik yaradıb. O orqanizm üçün əhəmiyyətli olan makro- və mikroelementlərlə zəngin olduğu üçün, fizioloji cəhətdən yüksək dərəcəli hesab edilir. "Aquavita" suyunun mineral maddələrinin unikal balansı bədənimizə lazım olan bütün maddələri əldə etməyə və hər zaman yaxşı əhvalda qalmağa yardım edir.

"Aquavita" suyunu 1 kq bədən çəkisi üçün 30 mq hesabı ilə qəbul etmək məsləhətdir. Bu, mineralların normadan artıq olmasından qorxmadan, təhlükəsiz və rahat istifadə etməyə imkan verir. 
Harada içdiyinizdən asılı olmayaraq, "canlı" təbii "Aquavita" suyunun hər damlası, onun mənbəyi - Qafqaz dağların zirvələrinə bir səyahətə çevrilir.

https://www.youtube.com/watch?v=OQk7v-Yoz3w&t=8s

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.