Cəmiyyət

Nəsimi və Suraxanıda avtomobillərdən oğurluq edənlər tutuldu

23 İyun 2018 22:36
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus "VAZ-2107" markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov saxlanılıb.

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.