Cəmiyyət

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub

14 İyun 2018 23:24
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Xoylu-Qaradağlı yolunda "VAZ-2107" markalı avtomobil ilə yük maşınının toqquşması zamanı "VAZ" sürücüsü və onun azyaşlı oğlu müxtəlif bədən xəsarətləri alıb.

1983-cü il təvəllüdlü sürücü Cəfərov İlyas Cingiz oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, onun oğlu, Qaradağlı kənd sakini, 2007-ci il təvəllüdlü Xəyyam İlyas oğlu Cəfərov isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.