Cəmiyyət

Mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək - Sahibkar problemdən çıxış yolu axtarır - VİDEO

20 Aprel 2018 22:53
0 Şərh     Baxış: 3 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov 17C ünvanında yaşayış binası tikmək istəyən sahibkar Bəhram Babayev qəribə vəziyyətlə üzləşib.

Milli.Az xəbər verir ki, lazımi bütün sənədləri əldə edən sahibkara yaxınlıqda bina tikintisi ilə məşğul olan digər şirkətdən bildiriblər ki, onun mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək.

Bu xəbər Bəhram Babayevin narazılığına səbəb olub. O, iddia edir ki, mülkiyyətində olan ərazidən yolun çəkilməsi məntiqsiz və qanunsuzdur

Bəhram Babayev deyir ki, yol çəkilişi bina tikintisini xeyli ləngidir. İndi sahibkar problemdən çıxış yolu axtarır.

Bəhram Babayevin ittiham etdiyi Akif Nəbiyev adlı şəxslə də əlaqə saxladıq. O, açıqlamasında deyib ki, məsələ ilə bağlı mübahisəli vəziyyət davam edərsə, o, həmin ərazidə yol çəkməkdən imtina edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mülkiyyətində olan ərazidə yeni yol çəkiləcək - Sahibkar problemdən çıxış yolu axtarır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.