Cəmiyyət

Tomas de Vaal: "Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb" - VİDEO

19 Mart 2018 21:50
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb. Ölkədə böyük vətənpərvərlik hissi yaradıb, xalq rəhbərliyin ətrafında sıx birləşib. Milli.Az bildirir ki, bu sözləri Cənubi Qafqaz Üzrə Ekspert Tomas De Vaal Ermənistanin 1in.am saytına müsahibəsində deyib. De Vaal erməni jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli suallarına da ədalətə söykənən cavablar verib.

Azərbaycanlılar torpaqlarını, evlərini itirib, buna görə də status-kvo Azərbaycan üçün sərfəli deyil. Ermənistanin 1in.am saytina müsahibəsində ''Karnegi" fondunun böyük elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal bir çox mətləblərə toxunub. Ekspert 2016-ci ilin aprel döyüşlərindən sonra təmas xəttinin daha da hərbiləşdirildiyini bildirib. O, Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını da vurğulayıb.

Gələcəkdə danışıqlar prosesində irəliləyiş əldə ediləcəyinə toxunan ekspert münaqişənin yekun nizamlanmasını təsvir edib.

De Vaal, Azərbaycanın hərbi ritorikasının Ermənistan hakim dairələrini və erməni ictimaiyyətini də təşvişə saldığını, hətta məhv etdiyini deyib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tomas de Vaal:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.