Cəmiyyət

Avtomobilinizə qaz avadanlıqları quraşdıranlar diqqətli olun! - VİDEO

14 Mart 2018 21:14
0 Şərh     Baxış: 1 411

Ötən gecə hava limanı yolunda minik maşını yanıb. İddialara görə, yanan avtomobil qazla işləyirmiş. Buna görə də, yanğının əhatəsi geniş olub və qısa zamanda avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bu fakt bir daha qazla işləyən avtomobillərin nə qədər təhlükəli olub-olmaması məsələsini aktuallaşdırıb

Hava limanı yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayır. Çox keçmir ki, ardıcıl bir neçə partlayış səsləri eşidilir

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisəni lentə alan şəxs isə həmin avtomobilin qazla işlədiyini iddia edir. Çox keçmir ki, alov avtomobili cənginə alır və maşın tamamilə yanmağa başlayır

Hadisə dünən axşam saatlarınad baş verib. Bu fakt bir daha qazla işləyən avtomobillərin təhlükəli olub-olmaması məsələsini gündəmə gətirir.

Mütəxəssislər isə bildirirlər ki, belə yanğınların baş verməsinin başlıca səbəblərindən biri avtomobillərə qaz avadanlıqlarının kustar üsulla quraşdırılmasıdır. qaz balonları avtomobillərə qeyri-peşəkar quraşdırılan zaman təhlükəsizlik məsələlərinə ciddi nəzarət edilmir.

Mütəxəssis Tural Bağbanlı deyir ki, qaz balonları avtomobillərə quraşdırılan zaman mütləq təhlükəli hallarda yaranacaq partlayışların qarşısını almaq üçün qaz kəsicilər də əlavə edilməlidir.

Tural Bağbanlı deyir ki, balonlarını tam şəkildə qazla doldurmaq da təhlükəlidir. Bu təhlükənin qarşısını almaq üçün mütləq həmin balonun içərisinə digər əlavə bir avadanlıq da qoyulmalıdır

Bundan başqa, qazla işləyən avtomobillərdə yanğın və digər xoşagəlməz halların baş verməməsi üçün mütləq qazı sistemə ötürən borular da keyfiyyətli olmalıdır. Əks halda həmin borular vaxtından tez sıradan çıxa və avtomobilinizə ziyan dəyə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobilinizə qaz avadanlıqları quraşdıranlar diqqətli olun!

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.